Pleyeri seçin:

“Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV

17 oktyabr 2026 38 baxış

Sosial şəbəkələrdə qısa müddətdə peşə sahibi olmağı vəd edən kursların reklamlarına tez-tez rast gəlinir. Bu dəfə isə söhbət insan sağlamlığı ilə birbaşa bağlı olan, xüsusi tibbi bilik və peşə hazırlığı tələb edən stomatologiyadan gedir.

Baku TV-nin qaynar xəttinə “Alfa Woman Academy” ilə bağlı şikayətlər daxil olub. Bildirilir ki, akademiyada müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir, stomatologiya kursunun qiyməti isə 4 min manatdan 2 min manata endirilib.

İddialara görə, kurs çərçivəsində dişlərin müalicəsi və stomatoloji prosedurlar öyrədilir. Hətta təlimlər zamanı real xəstələr üzərində praktiki təcrübələrin keçirildiyi bildirilir. Diqqətçəkən məqamlardan biri isə tibbi təhsili olmayan şəxslərə kursu bitirdikdən sonra stomatoloq kimi fəaliyyət göstərmək imkanının vəd edildiyidir.

Bəs stomatologiya üzrə təlimlər keçirən mərkəzlərin fəaliyyətinə necə nəzarət olunur?

Real xəstələr üzərində praktiki təcrübələr hansı şərtlərlə aparıla bilər?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Analitik Ekspertiza Mərkəzi (AEM) özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət funksiyasını həyata keçirir. Təhsil müəssisələrinin və ya təlim kurslarının təhsil sahəsindəki fəaliyyətinin, eləcə də onların verdiyi sertifikat və diplomların akkreditasiyasının yoxlanılması isə AEM-in səlahiyyətlərinə daxil deyil.

Qurumdan qeyd edilib ki, tibbi təhsili olmayan şəxslərə stomatoloji prosedurların öyrədilməsi, real xəstələr üzərində praktiki məşğələlərin keçirilməsi və onların stomatoloq kimi fəaliyyət göstərə biləcəklərinin vəd edilməsi ilə bağlı iddialar təsdiqlənən tibbi fəaliyyət faktı kimi aşkarlanarsa, müvafiq yoxlama aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.

Vurğulanıb ki, aşkar olunan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti üzrə göndərilir.

Analitik Ekspertiza Mərkəzinin açıqlamasına görə, tibbi təhsili və müvafiq sertifikasiyası olmayan şəxsin stomatoloji xidmət göstərməsi qanunvericiliyə ziddir.

Banner
Sürət, həyəcan, unudulmaz emosiyalar | Beynəlxalq sirk şousunda sizi nələr gözləyir? - Baku TV

Sürət, həyəcan, unudulmaz emosiyalar | Beynəlxalq sirk şousunda sizi nələr gözləyir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Cəmiyyət
17 oktyabr 2026 38 baxış
Seçilmişlər
icon