Pleyeri seçin:

Xocalı şəhidləri 31 il sonra Ağdamda anıldı

26 fevral 2023 238 baxış

Fevralın 26-da Ağdamda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri keçirilib.

Tədbir “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində baş tutub. Ağdam Konfrans Mərkəzində keçirilən anım mərasimində dünya şöhrətli fotojurnalist Reza Deqatinin Birinci Qarabağ müharibəsi dövründə lentə aldığı və Xocalı qurbanlarının başlarına gətirilmiş müsibətləri əks etdirən fotoşəkillərdən ibarət sərginin nümayişi olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev tədbir iştirakçılarına məlumat verərək bildirib ki, bu faciə zamanı günahsız soydaşlarımız vəhşicəsinə qətlə yetirilsə də, öz tarixi torpaqlarından didərgin düşsələr də, şücaətli Ordumuz düşməndən qisasını alıb, bəşəri ədaləti bərpa edib. Rəsmi çıxışlardan sonra Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş “Xocalı nişanəsi” qısametrajlı filminin nümayişi baş tutub. İnsanlıq tarixinə amansız soyqırımı kimi düşən dəhşətli faciənin mənzərəsi Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin hazırladığı bədii kompozisiyada sənətin, musiqinin dili ilə bir daha canlanıdırılıb. Xocalı faciəsini, insanlığa sığmayan barbarlığın törədildiyi qanlı gecəni bir daha xatırladan soyqırımı şahidi Dürdanə Ağayeva xalqımızın tarixi ədalətə olan inamının heç vaxt tükənmədiyini, bu gün işğaldan azad edilmiş torpaqlarımızda qürurla addımlamağımızın da bunun sübutu olduğunu deyib.

Ardınca Bəxtiyar Xanızadənin quruluş verdiyi “Xocalı bu olub” tamaşası izlənilib.

“4 ildir söz verirlər ki...” | Uşaq futbol klubunda görün hansı şəraitdə oynayırlar - Baku TV

“4 ildir söz verirlər ki...” | Uşaq futbol klubunda görün hansı şəraitdə oynayırlar - Baku TV

Cəmiyyət
13 mart 2026 238 baxış
"Uşaqların ağzı-burnu..." - Məktəbin önündə gərgin anlar | Kameramızdan niyə qaçdılar? - Baku TV

"Uşaqların ağzı-burnu..." - Məktəbin önündə gərgin anlar | Kameramızdan niyə qaçdılar? - Baku TV

Cəmiyyət
13 mart 2026 238 baxış
Maştağada gölün doldurulması faktı üzrə hüquqi tədbirlər görülüb - Baku TV

Maştağada gölün doldurulması faktı üzrə hüquqi tədbirlər görülüb - Baku TV

Cəmiyyət
13 mart 2026 238 baxış
Şəhid övladları üçün qış düşərgəsi reallaşdırılıb - Baku TV

Şəhid övladları üçün qış düşərgəsi reallaşdırılıb - Baku TV

Cəmiyyət
13 mart 2026 238 baxış
İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

Cəmiyyət
12 mart 2026 238 baxış
“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

Cəmiyyət
12 mart 2026 238 baxış
Ramazan ayının 23-cü gününün duası - Baku TV

Ramazan ayının 23-cü gününün duası - Baku TV

Cəmiyyət
12 mart 2026 238 baxış
Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Cəmiyyət
12 mart 2026 238 baxış
Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Cəmiyyət
12 mart 2026 238 baxış
4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

Cəmiyyət
12 mart 2026 238 baxış
Seçilmişlər
icon