Cəmiyyət
Pleyeri seçin:
Yağış yağanda dizəcən palçığa batırıq | Ağstafada 55 ildir asfalt üzü görməyən yol
Ağstafanın 3 500 sakini olan Poylu kəndinin sakinləri yol problemindən əziyyət çəkirlər.
Belə ki, palçıqlı və gölməçəli yollar insanları təngə gətirib.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb:
“55 il əvvəl bir dəfə yarımçıq asfalt tökülüb. Maşınlar bu yola dözmür, pis vəziyyətə düşür. Kimsə rəhmətə gedəndə yağışlı havada aparmaq mümkün olmur. Təcili yardım çağırırıq, küçələr bərbaddır deyə çətinliklə gəlir, bəzən isə heç gəlmir”.
Kopyalandı
Seçilmişlər