Pleyeri seçin:

Yanacaqla işləyən avtomobillərə maraq niyə azalıb? | Ekspertdən açıqlama

23 avqust 2024 483 baxış

Azərbaycana gətirilən benzin və dizellə işləyən minik avtomobillərinin sayı azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan bu cür maşınların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz az olub. Bundan başqa, bu tip avtomobillərin orta idxal qiymətində cüzi ucuzlaşma qeydə alınıb.

Hibrid mühərrikli avtomobillərə gəlincə, 2024-cü ilin ilk 7 ayında ölkəyə gətirilən bu maşınlar ötən ilin eyni dövrünə nisbətən orta hesabla 30 faiz bahalaşsa da, sayı 34 faiz artıb. Elektromobillərin idxalı isə 20 faiz artıb, qiyməti 3 faizə yaxın azalıb.

Bəs yanacaqla işləyən nəqliyyat vasitələrinə maraq niyə azalıb?

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı qeyd edib ki, bu tendensiya bütün dünyada var: “İqlim dəyişikliyi ilə bağlı problemlərdən sonra ölkələr insanları daha çox ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini istismar etməyə sövq edirlər. Bununla bağlı müxtəlif həvəsləndirici addımlar atılır. Azərbaycanda da iki il əvvəl ölkəyə idxal edilən yeni hibrid avtomobillər əlavə dəyər vergisindən azad olunub”.

Ekspert deyir ki, hazırda ölkəyə gətirilən yeni avtomobillərin təxminən 20 faizi hibrid mühərrikli, 5 faizi isə elektromobildir. Yaxın 5 ildə hibrid mühərrikli nəqliyyat vasitələri üzrə bu göstəricinin 30, elektromobillər üzrə isə 15 faizə yüksələcəyi gözlənilir.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 483 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 483 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 483 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 483 baxış
Seçilmişlər
icon