Pleyeri seçin:

Yaşar Nuri haqqında bilinməyənlər | Türkiyədə dedilər, bu adam kimdir ki...

02 noyabr 2024 558 baxış

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayı mərhum aktyor Yaşar Nuriyə həsr olunub.

O, 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub.

Aktyor ilk dəfə səhnəyə 11 yaşında “Toy kimindir?” tamaşasında “Tapdıq” rolunda çıxıb.

Verilişdə Xalq artisti Hacı İsmayılov Yaşar Nuri ilə bağlı xatirələrindən söz açıb:

“Onunla çoxlu verilişlərimiz olub. Çox şirin və təbii aktyor idi. Yəqin ki, bu ondan irəli gəlirdi ki, Yaşarın atası da aktyor idi. Buna görə də aktyorluq xüsusiyyətləri ona genetik olaraq keçmişdi. Tamaşaçılar onu çox sevirdilər. Yaşar həmişə xatırlanır, bizim yadımızdadır. Biz onunla dost idik, birlikdə səfərlərimiz olub. Yaşar Nuri həmişə tamaşaçıların qəlbində yaşayacaq”.

Mərhum aktyorun qızı Ülkər Nuriyeva isə atası haqqında danışarkən söyləyib ki, Yaşar Nuri ailəcanlı insan olsa da, onlarla çox da ünsiyyət qurmayıb:

“Həmişə atam üçün müxtəlif obrazlar canlandırırdım. Görürdüm ki, bunlar onun xoşuna gəlir. Amma mənə “sən bu sənətin çətinliklərini bilmirsən” deyirdi. Atamın evdə ən çox bağlı olduğu insan mən idim, çünki ailəmizin balacasıyam.

Türkiyədə xəstəxanada olanda atamın yanına çox tanınmış adamlar gəlirdilər. Həkimlər isə atamı tanımadıqları üçün dedilər ki, bu bəy kimdir ki, yanına belə tanınmış insanlar gəlir? Mən də onlara atamın kim olduğunu izah etdim. Sonra həkimlər də onu sevməyə başladılar”.

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
"Lynk & Co Azərbaycan" ilin möhtəşəm 6-cı tədbirini keçirdi - Baku TV

"Lynk & Co Azərbaycan" ilin möhtəşəm 6-cı tədbirini keçirdi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
"Kimsə gəlib girib bura" | Tikinti şirkəti vətəndaşın əmlakına ziyan vurub? - Baku TV

"Kimsə gəlib girib bura" | Tikinti şirkəti vətəndaşın əmlakına ziyan vurub? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV

“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

Cəmiyyət
22 dekabr 2025 558 baxış
“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 558 baxış
Seçilmişlər
icon