Ana səhifə Dünya İspaniyada məhkəmə qərarına qarşı etirazlar başlayıb
Ölçünü dəyiş

İspaniyada məhkəmə qərarına qarşı etirazlar başlayıb

Dünya
15 Oktyabr 2019, 06:02
34 görüntü
0
Paylaş:
İspaniyada polislə etirazçılar arasında qarşıdurma yaşanıb
 
Oktyabrın 15-də İspaniya Ali Məhkəməsi zəngin bölgəni İspaniyadan çıxarmaq və yeni bir Avropa ölkəsi yaratmaq cəhdinə görə 12 keçmiş katalan siyasətçisi və fəalını uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi.
 
Qərara görə, müstəqillik əldə etmək səyləri ilə əlaqədar 9 kataloniyalı 9 ildən 13 ilədək həbs cəzası aldı. Onlardan dördü əlavə olaraq dövlət vəsaitlərindən sui-istifadə etməkdə ittiham olunub. Üçü isə itaətsizliyə görə cərimələnib.
 
Bu qərar müstəqillik tərəfdarlarının qəzəbinə səbəb olub. Onlar qısa zamanda toplaşaraq şəhər mərkəzində və eləcə də, Barselonadakı El Prat aeroportunda etiraz nümayişləri keçirib.
 
Polis etirazçılara gözyaşardıcı qaz və plastik dəyənəklərdən istifadə etməklə müqavimət göstərib.
 
Kamil Əmirli
Şərhlər