Pleyeri seçin:

2 ölkə müharibə ilə bağlı planlarını açıqladı | Ukraynada nələr baş verəcək?

11 iyul 2025 326 baxış

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynada atəşkəsi təmin etmək üçün hərbi qüvvə yaratmaq planlarını açıqlayıblar.

Onların NATO-nun Nortvuddakı komandanlıq mərkəzində keçirdiyi mətbuat konfransı Fransa mətbuatı tərəfindən yayımlanıb.

Makronun sözlərinə görə, Ukraynada atəşkəsi təmin etmək və beynəlxalq qüvvələrin əsasına çevrilmək üçün nəzərdə tutulmuş Fransa-Britaniya birgə ekspedisiya kontingentinin sayı 50 min hərbçiyə çata bilər.

“Biz bu birləşmiş qüvvələrin sayını briqada səviyyəsindən ordu korpusu səviyyəsinə qədər artırırıq, yəni genişmiqyaslı əməliyyata cəlb oluna bilən hərbçilərin sayı 50 minə qədər ola bilər”, ‒ deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, bu qüvvələr həm də “digər Avropa tərəfdaşlarını birləşdirə” və NATO-nun istifadəsinə verilə biləcək.

Starmer isə bildirib ki, koalisiyanın Parisdə qərargahı artıq fəaliyyətdədir və Kiyevlə məsləhətləşmələr əsasında idarəetmə strukturlarını yekunlaşdırır. Bir il sonra qərargah Londona köçürüləcək.

Qeyd edək ki, iki lider bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun da daxil olduğu “arzu edən ölkələrin koalisiyası”nın videokonfransına birgə ev sahibliyi etdikdən sonra açıqlama verib.

Avropa döyüşə hazırlaşır? | Macarıstan Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxır - Baku TV

Avropa döyüşə hazırlaşır? | Macarıstan Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxır - Baku TV

Dünya
25 yanvar 2026 326 baxış
ABŞ Prezidentinin Davosdakı açıqlamaları Avropada narazılıq yaradıb - Baku TV

ABŞ Prezidentinin Davosdakı açıqlamaları Avropada narazılıq yaradıb - Baku TV

Dünya
24 yanvar 2026 326 baxış
İran rəsmisindən açıqlama | ABŞ-nin istənilən hücumuna  sərt cavab veriləcək - Baku TV CANLI

İran rəsmisindən açıqlama | ABŞ-nin istənilən hücumuna sərt cavab veriləcək - Baku TV CANLI

Dünya
24 yanvar 2026 326 baxış
Vaşinqton Kanadanın bu əyalətini hədəfləyir?  - Baku TV CANLI

Vaşinqton Kanadanın bu əyalətini hədəfləyir? - Baku TV CANLI

Dünya
24 yanvar 2026 326 baxış
İranlı rəsmidən Vaşinqtona sərt cavab - Baku TV CANLI

İranlı rəsmidən Vaşinqtona sərt cavab - Baku TV CANLI

Dünya
24 yanvar 2026 326 baxış
Hakan Fidan ABŞ-nin Yaxın Şərq planlarından danışdı - Baku TV CANLI

Hakan Fidan ABŞ-nin Yaxın Şərq planlarından danışdı - Baku TV CANLI

Dünya
24 yanvar 2026 326 baxış
Rakkada İŞİD-çilərin olduğu həbsxana nəzarət altına alındı

Rakkada İŞİD-çilərin olduğu həbsxana nəzarət altına alındı

Dünya
24 yanvar 2026 326 baxış
Abbas Əraqçi həlak olanların sayını açıqladı

Abbas Əraqçi həlak olanların sayını açıqladı

Dünya
24 yanvar 2026 326 baxış
Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb

Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb

Dünya
24 yanvar 2026 326 baxış
Vaşinqton yeni sanksiyalar elan edib | İranın 9 gəmisi siyahıda - Baku TV CANLI

Vaşinqton yeni sanksiyalar elan edib | İranın 9 gəmisi siyahıda - Baku TV CANLI

Dünya
24 yanvar 2026 326 baxış
Seçilmişlər
icon