Pleyeri seçin:

Makron: "Rusiya Ukraynada məğlub oldu"

24 fevral 2026 223 baxış

“Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi Kreml üçün hərbi, iqtisadi və strateji baxımdan məğlubiyyətlə nəticələndi”.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, müharibə NATO-nu gücləndirib, Avropa ölkələrini birləşdirib və Moskvanın köhnə imperiya ambisiyalarının reallaşmayacağını göstərib.

Makronun sözlərinə görə, Kremlin Ukraynanı bir neçə günə ələ keçirmək vədinə baxmayaraq, 2022-ci ilin noyabrında cəbhə stabilləşdikdən sonra Rusiya yalnız Ukrayna ərazisinin təxminən bir faizini işğal edib. Keçən ay isə Ukrayna qüvvələri işğal edilmiş ərazilərin bir hissəsini geri qaytarıb.

Fransa Prezidenti vurğulayıb ki, müharibə Rusiyaya çox baha başa gəlib, 1,2 milyondan çox hərbçisi ölüb və ya yaralanıb, bu da ölkənin İkinci Dünya müharibəsindən bəri ən böyük döyüş itkisidir:

“Belə itkilərdən sonra Rusiya Afrika ölkələrində insan toplamağa və onları tam hazırlıqsız formada Ukraynaya göndərməyə başlayıb”.

Emmanuel Makron əlavə edib ki, Ukrayna Avropanın ön müdafiə xəttidir və Fransa digər Avropa ölkələri ilə birlikdə dəstəyini davam etdirir. O qeyd edib ki, Avropa İttifaqı artıq Ukraynaya 170 milyard avro maliyyə, hərbi, humanitar və enerji yardımı göstərib, dekabrda isə əlavə 90 milyard avro kredit təsdiqlənib.

Makron vurğulayıb ki, silah-sursat tədarükü, hərbi təlim, hava hücumundan müdafiənin gücləndirilməsi və dronlardan müdafiə davam etdiriləcək:

“Bu dəstək Ukraynanın möhkəm dayanması və Rusiyanın zamanın onun tərəfində olmadığını başa düşməsi üçün vacibdir”.

6 milyon insan qida çatışmazlığı ilə üzləşib

6 milyon insan qida çatışmazlığı ilə üzləşib

Dünya
18 aprel 2026 223 baxış
Türkiyədə məktəbin həyətinə ildırım düşdü | Şagirdlər öldü - Baku TV CANLI

Türkiyədə məktəbin həyətinə ildırım düşdü | Şagirdlər öldü - Baku TV CANLI

Dünya
18 aprel 2026 223 baxış
Tramp İranı hədələdi | "Əgər bunu etməsəniz..." - Baku TV CANLI

Tramp İranı hədələdi | "Əgər bunu etməsəniz..." - Baku TV CANLI

Dünya
18 aprel 2026 223 baxış
14 illik araşdırmanın nəticələri heyrətə gətirdi

14 illik araşdırmanın nəticələri heyrətə gətirdi

Dünya
18 aprel 2026 223 baxış
İranla münasibətlərdə dəyişiklik olacaq? | Trampdan açıqlama - Baku TV CANLI

İranla münasibətlərdə dəyişiklik olacaq? | Trampdan açıqlama - Baku TV CANLI

Dünya
18 aprel 2026 223 baxış
ABŞ-İran danışıqlarının yeri və vaxtı açıqlandı | Trampdan açıqlama - Baku TV

ABŞ-İran danışıqlarının yeri və vaxtı açıqlandı | Trampdan açıqlama - Baku TV

Dünya
18 aprel 2026 223 baxış
Papa XIV Leo Dualada xəstələrə baş çəkdi

Papa XIV Leo Dualada xəstələrə baş çəkdi

Dünya
18 aprel 2026 223 baxış
ABŞ və İran yenidən masa arxasına keçə bilər

ABŞ və İran yenidən masa arxasına keçə bilər

Dünya
18 aprel 2026 223 baxış
Ortaq gigiyena vasitələrinin fəsadları

Ortaq gigiyena vasitələrinin fəsadları

Dünya
18 aprel 2026 223 baxış
Planetlərin böyük paradı 2040-cı ildə olacaq

Planetlərin böyük paradı 2040-cı ildə olacaq

Dünya
18 aprel 2026 223 baxış
Seçilmişlər
icon