Pleyeri seçin:

700-dən çox şəxs... | İsrailin İrandakı casusları nələri etiraf etdi?

27 iyun 2025 974 baxış

İsrail-İran münaqişəsindən sonra İslam Respublikasının daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

Rəsmi məlumatlara görə, İsrailin kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı ölkə boyu geniş əməliyyatlar həyata keçirilib. 13 iyundan bəri 700-dən çox şəxs saxlanılıb.

BBC-nin məlumatına görə, 12 gün davam edən silahlı qarşıdurma zamanı və sonra İsrailə casusluqda ittiham olunan altı nəfər edam edilib. Saxlanılan bəzi şəxslərin dövlət televiziyasında etiraf görüntüləri yayımlanıb.

İran mediasının iddiasına görə isə ölkədə İsrailin casus şəbəkəsi fəallaşıb və bu fəaliyyət nəticəsində yüksəkrütbəli hərbçilər, nüvə alimləri öldürülüb. Kəşfiyyat orqanları həmçinin bəzi vətəndaşlara xəbərdarlıq mesajları göndərərək onların telefon nömrələrinin xarici saytlarda göründüyünü bildiriblər.

Bununla yanaşı, xaricdəki farsdilli media qurumlarında çalışan jurnalistlərin ailə üzvləri ilə bağlı da bəzi addımlar atılıb. İran mediasında yayılan məlumatlara görə, onların yaxın qohumları müvəqqəti saxlanılıb. İnternetə çıxış isə münaqişə dövründə məhdudlaşdırılıb və atəşkəsdən sonra da tam bərpa olunmayıb. Bu, son illər tez-tez rast gəlinən haldır. Hazırda bəzi xəbər saytlarına yalnız VPN vasitəsilə daxil olmaq mümkündür.

Beynəlxalq hüquq müdafiə təşkilatları prosesi yaxından izləyir, İran rəsmiləri isə mövcud tədbirlərin ölkənin təhlükəsizliyinə yönəldiyini vurğulayır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 974 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 974 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 974 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 974 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 974 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 974 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 974 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 974 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 974 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 974 baxış
Seçilmişlər
icon