Pleyeri seçin:

AB Maduroya görə niyə reaksiya vermir? – Trampın qorxusundan...

06 yanvar 2026 301 baxış

ABŞ Prezidenti Donald Trampı qəzəbləndirməkdən və təhlükəsizlik sahəsində dəstəyini itirməkdən ehtiyat edən Avropa Birliyi faktiki olaraq Venesueladakı vəziyyətə aydın qiymət verməkdən yayınır və bununla da suverenliyin və beynəlxalq qaydaların müdafiəsi ilə bağlı öz arqumentlərini zəiflədir.

Bu barədə “Financial Times” nəşri yazıb.

“Milli liderlərin, siyasətçilərin və ekspertlərin haqlı olaraq beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu əməliyyat AB hökumətləri qarşısında ciddi hüquqi və mənəvi suallar qoyur”, – məqalədə qeyd olunur.

Bildirilir ki, demək olar, dörd il ərzində AB Ukraynaya silah və maliyyə yardımı göstərilməsini suverenliyin və ərazi bütövlüyünün müdafiəsi zərurəti ilə əsaslandırıb. Halbuki AB-nin baş diplomatı Kaya Kallasın Macarıstandan başqa bütün üzv dövlətlər tərəfindən dəstəklənən bəyanatında Venesuelada bu iki prinsipin pozulduğu açıq şəkildə bildirilməyib.

Vurğulanıb ki, ən sərt ifadə “beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi qorunmalıdır” fikri olub və əlavə edilib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri bu məsələdə “xüsusi məsuliyyət” daşıyırlar.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

Dünya
16 iyun 2026 301 baxış
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

Dünya
16 iyun 2026 301 baxış
Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”

Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”

Dünya
16 iyun 2026 301 baxış
“Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp

“Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp

Dünya
16 iyun 2026 301 baxış
ABŞ-İran yeni səhifə açır: Tehran hansı imtiyazları qazanacaq? - AKTUAL GÜNDƏM

ABŞ-İran yeni səhifə açır: Tehran hansı imtiyazları qazanacaq? - AKTUAL GÜNDƏM

Dünya
16 iyun 2026 301 baxış
”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri

”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri

Dünya
16 iyun 2026 301 baxış
Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI

Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI

Dünya
16 iyun 2026 301 baxış
Ukraynadan gecə hücumu: Moskva yenidən dronların hədəfində - Baku TV CANLI

Ukraynadan gecə hücumu: Moskva yenidən dronların hədəfində - Baku TV CANLI

Dünya
16 iyun 2026 301 baxış
Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

Dünya
16 iyun 2026 301 baxış
İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq

İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq

Dünya
16 iyun 2026 301 baxış
Seçilmişlər
icon