İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq
ABŞ rəsmiləri Vaşinqton və Tehran arasında əldə olunmuş çərçivə razılaşmasının İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı hər hansı müddəa ehtiva etmədiyini bildiriblər.
ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün keçirilən telefon brifinqində qeyd edib ki, İsrail hərbçilərinin Livanı tərk etməsi razılaşmanın şərtlərindən biri olmayıb.
"Onların çıxarılması sövdələşmənin şərti deyildi", – deyə amerikalı rəsmi vurğulayıb. Onun sözlərinə görə, əldə olunan razılaşma atəşkəsin təmin edilməsinə yönəlib və bu, birtərəfli xarakter daşımayacaq.
ABŞ nümayəndəsi bildirib ki, əgər İran Livandakı "Hizbullah" hərəkatının fəaliyyətinə nəzarət edə bilməsə və təşkilat İsrail şəhərlərinə hücumlar həyata keçirsə, İsrailin özünü müdafiə etmək və cavab tədbirləri görmək hüququ olacaq.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- ”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri
- Gizli danışıqlarda nə baş verdi? - ABŞ Omanı "oyun"dan kənarlaşdırdı - Baku TV
- Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?
- Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub
- ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - AKTUAL GÜNDƏM
