Dünya
Pleyeri seçin:

ABŞ Çinin Rusiyaya silah verdiyindən əmindir | Raketlər və pilotsuz təyyarələr..

15 aprel 2024 68 baxış

ABŞ Çinin Rusiyaya qanadlı raketlər və pilotsuz təyyarələr üçün mühərriklər, həmçinin ballistik raketlər üçün dəzgahlar verdiyinə əmindir.

Bu barədə məlumat “Financial Times”ın materialında yer alıb.

Qəzet yazır ki, Vaşinqton Avropanı tədarükləri dayandırmaq üçün Pekinə diplomatik və iqtisadi təzyiqi artırmağa çağırıb.

Materialda bildirilir ki, əvvəllər məxfiləşdirilmiş kəşfiyyat məlumatları ortaya qoyan ABŞ-nin yüksəkrütbəli rəsmiləri Çin və Rusiya qruplarının Rusiyada birgə pilotsuz uçan aparatlarının istehsalı üzərində çalışdıqlarını bildiriblər. Onlar həmçinin bildiriblər ki, keçən il Çin Rusiyaya tank, raket və təyyarə istehsalında istifadə edilən çiplərin idxalının 90 faizini təmin edib.

Rəsmilər əlavə ediblər ki, Çin Rusiyaya Ukraynadakı müharibədə kömək etmək üçün peyk və digər kosmik imkanlarını təkmilləşdirməklə yanaşı, peyk görüntülərini də təqdim edir.

MKİ-nin Çin üzrə keçmiş baş hərbi analitiki Dennis Vilder qeyd edib ki, açıqlama əvvəlki təxminləri üstələyir və Moskvaya Ukraynada müharibə aparmağa kömək etmək üçün Çin və Rusiya liderləri arasında razılaşdırılmış proqramı nümayiş etdirir.

ABŞ rəsmiləri bildiriblər ki, Çin iki ildən artıqdır Rusiyaya dəstəyini gücləndirir və Pekin texniki cəhətdən “ölümcül” yardım sayılmayan material təqdim etməklə hər hansı qırmızı xətti keçməkdən qaça biləcəyinə inanır. Bununla belə Çinin dəstəyi Rusiyaya müdafiə sənayesi bazasını bərpa etməyə və Qərbin sanksiyalarının və ixrac nəzarətinin təsirini azaltmağa kömək edir.

Belə ki, rəsmilər “Wuhan Global Sensor Technology”, “Wuhan Tongsheng Technology” və “Hikvision” daxil olmaqla bir neçə Çin qrupunun tanklar və zirehli maşınlar da daxil olmaqla Rusiya silah sistemlərində istifadə üçün optik komponentlər təmin etdiyini bildiriblər.

Onlar bildiriblər ki, Rusiya hərbi silah optiklərini “iRay Technology” və Şimali Çin Elektro-Optika Araşdırma İnstitutundan da alıb. Vaşinqton həmçinin Çinin ən böyük şirkətlərindən biri olan “Dalian Machine Tool Group”u Rusiyaya alətlər verməkdə ittiham edib.

Bəşər Əsəd və ailəsi Suriyadan belə qaçdı | Sensasiyalı detallar ortaya çıxdı

Bəşər Əsəd və ailəsi Suriyadan belə qaçdı | Sensasiyalı detallar ortaya çıxdı

Dünya
17 aprel 2025 68 baxış
Jurnalistin iddiası başına bəla oldu | Sensasiyalı xəbərin detalları üzə çıxdı

Jurnalistin iddiası başına bəla oldu | Sensasiyalı xəbərin detalları üzə çıxdı

Dünya
17 aprel 2025 68 baxış
Ankaranın əli daha da güclənir | Suriyada Türkiyənin hərbi bazası yaradılacaq?

Ankaranın əli daha da güclənir | Suriyada Türkiyənin hərbi bazası yaradılacaq?

Dünya
17 aprel 2025 68 baxış
ABŞ Ordusu Yəməni bombaladı | Kütləvi hücum barədə nələr gizlədilir?

ABŞ Ordusu Yəməni bombaladı | Kütləvi hücum barədə nələr gizlədilir?

Dünya
17 aprel 2025 68 baxış
Qəzza zolağında atəşkəsin şərtləri | ABŞ nümayəndəsi çağırış etdi

Qəzza zolağında atəşkəsin şərtləri | ABŞ nümayəndəsi çağırış etdi

Dünya
17 aprel 2025 68 baxış
Ondan iyrənirəm! - Trampın Ukrayna ilə bağlı açıqlaması Şappsı özündən çıxardı

Ondan iyrənirəm! - Trampın Ukrayna ilə bağlı açıqlaması Şappsı özündən çıxardı

Dünya
17 aprel 2025 68 baxış
Hücumdan günlər öncə Moskvada... | “Crocus” terroru ilə bağlı nələr ortaya çıxdı?

Hücumdan günlər öncə Moskvada... | “Crocus” terroru ilə bağlı nələr ortaya çıxdı?

Dünya
17 aprel 2025 68 baxış
“Nüvə savaşı”nda kim geri addım atacaq? - Razılaşma belə olmalıdır!

“Nüvə savaşı”nda kim geri addım atacaq? - Razılaşma belə olmalıdır!

Dünya
17 aprel 2025 68 baxış
Türkiyə Cümhuriyyəti tarixində ən böyük narkotik əməliyyatı

Türkiyə Cümhuriyyəti tarixində ən böyük narkotik əməliyyatı

Dünya
17 aprel 2025 68 baxış
Dneprdə faciə yaşandı | Rusiya və Ukraynadan qarşılıqlı zərbələr

Dneprdə faciə yaşandı | Rusiya və Ukraynadan qarşılıqlı zərbələr

Dünya
17 aprel 2025 68 baxış
Seçilmişlər
icon