ABŞ Dövlət katibi və Lavrov arasında vacib söhbət | Detallar açqlandı
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Səudiyyə Ərəbistanında keçirilən son görüşlərin nəticələrini müzakirə ediblər, həmçinin ikitərəfli əlaqələrin bərpası üzrə işləri davam etdirməyə hazır olduqlarını bildiriblər.
M.Rubio həmçinin S.Lavrovu Vaşinqtonun Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı haqqında məlumatlandırıb.
Rusiyalı nazir güc tətbiqinin dərhal dayandırılmasının zəruriliyini, həmçinin eskalasiyadan qaçınmaqdan ötrü siyasi dialoqa başlamağın bütün tərəflər üçün vacibliyini vurğulayıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- “Tokionun bu addımını düşmənçilik kimi qiymətləndiririk” | Zaxarova
- Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... | Zaxarovadan açıqlama - Baku TV
- Rusiya İrana kəşfiyyat məlumatlarını ötürməsi ilə bağlı iddiaları rədd etdi
- Lavrov: "Trampın beynəlxalq hüquqa məhəl qoymaması qəbul edilə bilməz"
- Rusiya rəsmisindən açıqlama | "Regionda hamıya məlumdur" - Baku TV
