ABŞ əməliyyatlara xüsusi təyinatlıları cəlb edir?
İsrail Müdafiə Ordusu İranın hərbi potensialını zəiflətmək və silah istehsalına mane olmaq məqsədilə ilk dəfə olaraq neft infrastrukturuna aviazərbələr endirib.
"CBS News"un məlumatına görə, İran hərbçiləri həm ordunun ehtiyacları, əməliyyatların keçirilməsi, həm də istehsal və elmi-tədqiqat fəaliyyəti üçün istifadə olunan bu neft emalı zavodlarındakı yanacaqdan tamamilə asılıdırlar.
"ABŞ və İsrail İrana məxsus zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ölkə ərazisinə xüsusi təyinatlı dəstələrin göndərilməsi imkanını nəzərdən keçirir". Bu barədə isə "Axios" portalı məlumat yayıb.
Qeyd olunub ki, bu, hərbi əməliyyatın son mərhələlərində həyata keçirilə bilər və Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əsas addım olacaq.
Hələlik bu əməliyyatı tərəflərdən hansının reallaşdıracağı və ya birgə keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumat yoxdur. Çox güman ki, əməliyyat hər iki ölkə İran Silahlı Qüvvələrinin cəlb olunan bölmələr üçün ciddi təhlükə yaratmayacağına əmin olduqdan sonra baş tutacaq.
Hazırda kəşfiyyat məlumatlarına görə, ehtiyatların əsas hissəsi İsfahandakı nüvə obyektinin yeraltı tunellərində, qalanları isə Fordo və Natanzdakı obyektlərdə yerləşir.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Netanyahu müharibənin növbəti mərhələsi haqqında fikirlərini söylədi - Baku TV
- Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR
- Macarıstan üçün seçim: Türk dünyası ilə davam, yoxsa dönüş? | İrandan ABŞ-yə mesaj - YENİ BİR SƏHƏR
- ABŞ və İran rəsmi olmayan gərgin status-kvoya keçərək, iqtisadi təzyiqləri artıracaq?
- Hörmüz boğazında kritik anlar | Bakı Bulvarında çiçəkləri kim yararsız hala salıb? - YENİ BİR SƏHƏR
