Pleyeri seçin:

ABŞ hökuməti qismən dayandırılmış işini bərpa etməyə hazırlaşır

10 noyabr 2025 171 baxış

ABŞ Senatı prosedur səsverməsində hökumətin qismən dayandırılmış işini bərpa etməyə və bunu aradan qaldırmağa imkan verəcək qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 60, əleyhinə 40 səs verilib.

40 gündür davam edən şatdaun nəticəsində 750 min federal işçi ödənişsiz məzuniyyətə göndərilib. Yoxsulluq səviyyəsində yaşayan 42 milyon amerikalının ərzaq yardımları dayandırılıb.

Hava nəqliyyatında dispetçer problemi yaranıb. Hökumət yalnız hüquq-mühafizə orqanlarının əməkdaşları və miqrasiya xidmətinin işçilərini maliyyələşdirə bilirdi.

Hesablamalara görə, şatdaun ABŞ iqtisadiyyatına 14 milyard dollara yaxın ziyan vura bilər. Hökumət işini bərpa edəndən sonra rəqəmlər dəqiqləşdiriləcək.

Prosedur səsverməsində senatorlar Nümayəndələr Palatasının qəbul etdiyi, 30 yanvar tarixinə qədər hökumətin maliyyələşdirilməsi üçün düzəliş ediləcək və üç tam illik büdcə ayırmaları paketini əhatə edən qanun layihəsini irəli sürdülər. Əgər Senat sonda bu qanun layihəsini qəbul edərsə, paket Nümayəndələr Palatası tərəfindən təsdiqlənməli və imzalanmaq üçün Prezident Donald Trampa göndərilməlidir. Bu proses bir neçə gün çəkə bilər. 

Kopyalandı
Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV

Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV

Dünya
03 fevral 2026 171 baxış
Mark Ruttedən Rusiyaya xəbərdarlıq | "Putin səhv etdi" - ANA XƏBƏR

Mark Ruttedən Rusiyaya xəbərdarlıq | "Putin səhv etdi" - ANA XƏBƏR

Dünya
03 fevral 2026 171 baxış
Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV

Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV

Dünya
03 fevral 2026 171 baxış
Baş nazir Pedro Sançes yeni qanundan danışdı

Baş nazir Pedro Sançes yeni qanundan danışdı

Dünya
03 fevral 2026 171 baxış
Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”

Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”

Dünya
03 fevral 2026 171 baxış
İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”

İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”

Dünya
03 fevral 2026 171 baxış
“Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər

“Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər

Dünya
03 fevral 2026 171 baxış
"Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV

"Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV

Dünya
03 fevral 2026 171 baxış
Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb

Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb

Dünya
03 fevral 2026 171 baxış
İran Prezidenti Vaşinqtonla bağlı göstəriş verdi - Baku TV

İran Prezidenti Vaşinqtonla bağlı göstəriş verdi - Baku TV

Dünya
03 fevral 2026 171 baxış
Seçilmişlər
icon