Pleyeri seçin:

ABŞ ilə münaqişənin qarşısını almaq mümkün olacaq?

02 fevral 2026 137 baxış

Rəsmi Tehranın fikrincə, müharibə qaçılmaz deyil və onun qarşısını almaq mümkündür.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi CNN telekanalına müsahibəsində bəyan edib.

İran xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, ölkəsi müharibəyə tam hazırdır, lakin bu, rəsmi Tehranın savaş istədiyi anlamına gəlmir.

"Əksinə, biz müharibədən yayınmaq istəyirik", – deyə Əraqçi qeyd edib.

O bildirib ki, İran danışıqlarda ABŞ tərəfinə qaşrı etimadını itirib: "Səbəbi aydındır. Ötən illərdə danışıqlar apardıq, hamı nüvə sazişini qeyd etdi, amma ABŞ heç bir əsas olmadan ondan çıxdı. Ötən ilə baxsaq, danışıqlara başlamağa qərar verdiyimiz vaxtda, danışıqlar gedərkən əvvəl İsrail, sonra ABŞ bizə hücum etdi. Buna görə də amerikalılarla müsbət təcrübəmiz yoxdur. Danışıqların "həqiqi" olması üçün bu etimadsızlıq aradan qaldırılmalıdır".

XİN başçısı vurğulayıb ki, İran nüvə proqramı ilə bağlı danışıqlar aparmağa onun tamamilə sülh məqsədli olacağına dair təminat verməyə hazırdır.

"Biz sülh məqsədli nüvə proqramımız barədə etimad yaratmağa hazırıq və qarşılığında sanksiyaların ləğvini gözləyirik", – deyə o bildirib.

Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Dünya
06 mart 2026 137 baxış
İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

Dünya
06 mart 2026 137 baxış
İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

Dünya
06 mart 2026 137 baxış
ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

Dünya
06 mart 2026 137 baxış
Xameneinin varisinin təyinatı niyə təxirə salındı? - Baku TV CANLI

Xameneinin varisinin təyinatı niyə təxirə salındı? - Baku TV CANLI

Dünya
06 mart 2026 137 baxış
Macarıstan Ukrayna bankının əməkdaşlarını nağd pul daşıyarkən saxlamaqda ittiham edildi

Macarıstan Ukrayna bankının əməkdaşlarını nağd pul daşıyarkən saxlamaqda ittiham edildi

Dünya
06 mart 2026 137 baxış
Sürətli inkişaf gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər

Sürətli inkişaf gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər

Dünya
06 mart 2026 137 baxış
ABŞ-dən İranı silkələyən zərbə | Hərbçilər gözlənilməz hücuma keçdi! - Baku TV

ABŞ-dən İranı silkələyən zərbə | Hərbçilər gözlənilməz hücuma keçdi! - Baku TV

Dünya
06 mart 2026 137 baxış
Çin dollar milyarderlərinin sayına görə ABŞ-ni geridə qoydu

Çin dollar milyarderlərinin sayına görə ABŞ-ni geridə qoydu

Dünya
06 mart 2026 137 baxış
“Drujba” neft kəməri işə düşəcək?

“Drujba” neft kəməri işə düşəcək?

Dünya
06 mart 2026 137 baxış
Seçilmişlər
icon