ABŞ, İsrail və İran arasında sensasiyalı proses | Razılaşmanın aqibəti nədən asılıdır? - Baku TV
ABŞ və İran arasında əldə olunan razılaşma Yaxın Şərqdə yeni mərhələnin başlanğıcı kimi təqdim olunur.
Donald Tramp bunu “diplomatik qələbə” adlandırır, Tehran isə müharibənin dayandırılması istiqamətində mühüm addım kimi qiymətləndirir. Ancaq ilk reaksiyalar göstərir ki, tərəflərin “sülh” adlandırdığı sənəd, əslində, bütün problemləri həll edən yekun müqavilə deyil.
Hazırda məlum olan budur ki, tərəflər hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının yenidən açılması və növbəti 60 gün ərzində daha geniş danışıqlar aparılması barədə ilkin razılığa gəliblər. Məhz buna görə bazarlar müsbət reaksiya verib, neft qiymətləri aşağı düşüb və dünya iqtisadiyyatı üçün ən vacib enerji marşrutlarından biri olan Hörmüz boğazının gələcəyi ilə bağlı nikbinlik yaranıb.
Lakin əsas problem ondadır ki, razılaşmanın tam mətni açıqlanmayıb. Hörmüz boğazının hansı şərtlərlə açılacağı, İranın gələcəkdə bu marşruta hansı formada nəzarət edəcəyi və ABŞ-nin blokadanı hansı mexanizmlə ləğv edəcəyi hələ dəqiq deyil.
Bundan da vacibi İranın nüvə proqramıdır. Məhz bu məsələ Vaşinqtonun müharibəyə başlamaq üçün əsas arqumenti idi. Tramp yenə də İranın heç vaxt nüvə silahına sahib olmayacağını bəyan edir. Ancaq ortada İranın uran ehtiyatlarının taleyi, zənginləşdirmə fəaliyyətinin gələcəyi və beynəlxalq nəzarət mexanizmləri ilə bağlı konkret cavab yoxdur.
Görünən odur ki, ən çətin müzakirələr hələ indi başlayır. Qarşıdakı 60 gün ərzində tərəflər nüvə proqramı, sanksiyaların ləğvi və regional təhlükəsizlik məsələləri üzrə razılıq əldə edə bilməsələr, hazırkı atəşkəsin yenidən pozulması ehtimalı qalır.
#ABŞ teqi istifadə olunub
- 50 illik plan: İranla tarixi razılaşma kimin qələbəsidir? - AKTUAL GÜNDƏM
- Pezeşkian ABŞ ilə müzakirələrin davamına yaşıl işıq yandırdı - Baku TV
- ABŞ və İran arasında razılaşma İsrailin hiddətinə səbəb oldu
- Dinozavrlar kimi digər nəsli kəsilmiş canlılar nümayiş etdirilir
- ABŞ-də dəhşətli hadisə | Helikopter təyyarəyə çırpılıb, xəsarətalanlar var - Baku TV CANLI
