ABŞ-nin aktivliyi fonunda rəsmi Tehran hərəkətə keçib
ABŞ-ın Yaxın Şərq regionunda hərbi və siyasi aktivliyini kəskin artırması fonunda rəsmi Tehran strateji əks-həmlələrə başlayıb. Vaşinqtonun, xüsusilə Donald Tramp administrasiyasının İrana qarşı mümkün hərbi müdaxilə və "rejim dəyişikliyi" ssenarilərini nəzərdən keçirdiyi bir vaxtda, Tehran Rusiya ilə birgə hərbi təlimlərə start verərək cavab addımı atır. Məlumata görə, Pentaqonun İrandakı gizli obyektləri hədəf alması ehtimalı və Reuters agentliyinin sızdırdığı "ayrı-ayrı şəxslərin məhvi" planları regionda gərginliyi pik həddə çatdırıb. İran prezidenti Məsud Pezeşkianın "müharibə istəmirik" bəyanatına rəğmən, Tehranın bu son addımları Vaşinqtonu geri çəkilməyə məcbur etmək və regional güc balansını qorumaq məqsədi daşıyır. Regionda "qiyamət günü" ssenarilərinin müzakirə olunduğu bir şəraitdə, İran və Rusiya arasındakı hərbi koordinasiya ABŞ-ın planlarını ciddi şəkildə çətinləşdirir.
#İran teqi istifadə olunub
- SEPAH 3 ölkəyə qarşı PUA hücumu həyata keçirib
- Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - Baku TV
- Avstraliya bölgədə nəyə hazırlaşır? | Elit qüvvələr Yaxın Şərqdə - Baku TV CANLI
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub - Baku TV
- İranda ölkənin müdafiəsinə hazır olduqlarını bəyan edənlərin sayı rekord həddə çatıb
