ABŞ-nin planları alt-üst oldu? | Əraqçidən İranla bağlı sensasiya - Baku TV
"ABŞ İranın siyasi sistemini sıradan çıxara bilməyib".
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC" telekanalına müsahibəsində bildirib.
Xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun öz əsas məqsədinə – sürətli qələbəyə nail ola bilmədiyini qeyd edib.
"Sistem işləyir, həlak olanların yerinə yeni komandanlar təyin edilib və tezliklə yeni ali lider olacaq. Hər şey qaydasındadır", – deyə Əraqçi bildirib.
O, İranın 2025-ci ilin iyununda ABŞ və İsrailin hücumlarından çoxlu dərslər çıxardığı fikrini də ifadə edib.
"İndi onlar "B planı"ndan danışırlar ki, mən bunun onlar üçün daha ciddi bir uğursuzluq olacağını düşünürəm", – deyə Əraqçi sözlərinə əlavə edib.
Bu arada İtaliya Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb, diplomatik missiya fəaliyyətini artıq Bakıdan davam etdirəcək. Bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib. Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.
#İran teqi istifadə olunub
- Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM
- Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV
- Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib - ANA XƏBƏR
- Den Keyn: “İranlılara hörmət edirəm”
- Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM
