ABŞ Rusiyaya qarşı ikinci dərəcəli tariflərə hazırlaşır | Dünya diqqətində olan məsələ
“ABŞ Prezidenti Donald Tramp təyin olunan müddət keçdikdən sonra Rusiyaya qarşı ikinci dərəcəli tariflər və sanksiyaların kombinasiyasını tətbiq edə bilər”.
“RBC Ukraine” xəbər verir ki, bunu Ukrayna Prezidentinin sanksiyalar siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk deyib.
O vurğulayıb ki, Amerika lideri Rusiyaya qarşı istənilən sanksiyaları tətbiq etmək üçün bütün vasitələrə malikdir.
“Yaxşı xəbər odur ki, məndə olan məlumata görə, onların Rusiyaya qarşı sanksiyalarla bağlı artıq hazırlanmış qərarı var. Məncə, bu, həm ikinci dərəcəli tariflərin, həm də ikinci dərəcəli sanksiyaların müəyyən qarışığı olacaq”, ‒ o əlavə edib.
V.Vlasyukun sözlərinə görə, söhbət 100% ikinci dərəcəli tariflərdən, həmçinin konkret şirkətlərə və insanlara qarşı sanksiyalardan gedir.
#ABŞ teqi istifadə olunub
- İsrail savaşdan çıxarılır, İran hədəfə çevrilir? - AKTUAL GÜNDƏM
- ABŞ-İran arasında əldə olunan atəşkəs razılaşması ilk sınaqda ciddi çat verdi - Baku TV
- İran ABŞ-nin mövqelərinə zərbələr endirdi | Yaxın Şərqdə münasibətlər yenidən gərginləşir - Baku TV
- Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi
- Türkiyə ABŞ-İran danışıqlarına da töhfə verməyə razılıq verib
