Dünya
Pleyeri seçin:

ABŞ və Avropa İttifaqı Gürcüstanı hədələyib

12 may 2023

Gürcüstan Rusiya ilə birbaşa uçuşları bərpa edərsə, çox ciddi problemlərlə üzləşə bilər. Artıq ABŞ və Avropa İttifaqı rəsmi Tblisini sanksiyalarla hədələyib.

Bu arada, Gürcüstanın İqtisadiyyat Nazirliyi mayın 15-dən Rusiyaya sərbəst səfər edə biləcək Gürcüstan vətəndaşları üçün Rusiya tərəfindən viza rejiminin ləğv edilməsinə reaksiya verib. Nazirlik Qərbin sanksiyaları altında olmayan Rusiya aviaşirkətlərinə daşıma icazəsi verməyə hazır olduqlarını açıqlayıb.

Eyni zamanda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qeyd edib ki, Moskvanın viza rejimindən imtina etməsi onun ölkəsinin vətəndaşlarının gündəlik həyatını asanlaşdıracaq. İlkin mərhələdə Moskva və Tbilisini ən azı yeddi birbaşa reysin birləşdirəcəyi gözlənilir. İki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Rusiya XİN-i də bu addımın iki dövlətin vətəndaşları arasında təmasları asanlaşdırmaq məqsədilə atıldığını qeyd edib.

Qərb isə Rusiyanın Gürcüstanla viza rejimini ləğv etmək təşəbbüsünə qarşı çıxır. Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano Gürcüstanı aviasiya sahəsində Rusiyaya qarşı sanksiya rejimini dəstəkləməyə və Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırıb. O xatırladıb ki, Tbilisi hələ də Aİ-yə üzv olmaq üçün namizəd statusu almağa çalışır.

ABŞ Dövlət Departamenti də Moskva ilə Tbilisi arasında birbaşa uçuşların bərpa olunacağı təqdirdə açıq şəkildə Gürcüstanı məhdudlaşdırıcı tədbirlərlə hədələyib. 

60 yaşlı gözəl görənləri heyrətə gətirdi

60 yaşlı gözəl görənləri heyrətə gətirdi

Dünya
25 aprel 2024
Zaxarovadan Simonyanın çıxışına reaksiya | Münasibətlər daha da gərginləşir

Zaxarovadan Simonyanın çıxışına reaksiya | Münasibətlər daha da gərginləşir

Dünya
25 aprel 2024
Rəsmi Tehran satqınların axtarışına başladı | İsrailin hücumu barədə yeni iddia

Rəsmi Tehran satqınların axtarışına başladı | İsrailin hücumu barədə yeni iddia

Dünya
25 aprel 2024
Qəzəbli ermənilər Anna Akopyanı yıxıb sürüdülər

Qəzəbli ermənilər Anna Akopyanı yıxıb sürüdülər

Dünya
25 aprel 2024
Rusiyanın cavabı daha sərt olacaq | XİN müavinindən təcili açıqlama

Rusiyanın cavabı daha sərt olacaq | XİN müavinindən təcili açıqlama

Dünya
25 aprel 2024
Donetskdə döyüşlər şiddətlənib | Ukraynada gərgin vəziyyət

Donetskdə döyüşlər şiddətlənib | Ukraynada gərgin vəziyyət

Dünya
25 aprel 2024
Məşqdən qaçan atlar əvvəl avtobusla toqquşdu, sonra da... | Britaniya

Məşqdən qaçan atlar əvvəl avtobusla toqquşdu, sonra da... | Britaniya

Dünya
25 aprel 2024
Polyaklar ukraynalı kişiləri görəndə qəzəblənir | Ukraynalılara qadağa

Polyaklar ukraynalı kişiləri görəndə qəzəblənir | Ukraynalılara qadağa

Dünya
25 aprel 2024
Türkiyə kəşfiyyatından əməliyyat | PKK-nın Almaniyadakı rəhbəri həbs edildi

Türkiyə kəşfiyyatından əməliyyat | PKK-nın Almaniyadakı rəhbəri həbs edildi

Dünya
25 aprel 2024
"TikTok"a bu qədər vaxt qoyuldu | Rəhbərlikdən sərt reaksiya

"TikTok"a bu qədər vaxt qoyuldu | Rəhbərlikdən sərt reaksiya

Dünya
25 aprel 2024
Seçilmişlər
icon