Pleyeri seçin:

"ABŞ və İsrail quru əməliyyatlarına cürət etməyib" | Əmir Əkrəminiya

29 aprel 2026 12 baxış

İran yaxın günlərdə Pakistandakı danışıqlar prosesi çərçivəsində ABŞ ilə müharibənin dayandırılmasına dair təklifin yenidən baxılmış variantını təqdim edə bilər.

Bu barədə CNN-in mənbələri bildirib.

Onların məlumatına görə, bu qərar ABŞ Prezidenti Donald Trampın sazişin İran tərəfindən daha əvvəl təqdim edilmiş variantını bəyənməməsi ilə bağlıdır.

Qeyd olunub ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfərindən sonra Tehrana qayıdacaq və ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparacaq.

Bununla yanaşı, mənbələr vurğulayıb ki, qərarın qəbulu prosesi İran hakimiyyətinin daxili fikir ayrılıqları səbəbindən çətinləşir.

Bu arada, İran Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Əmir Əkrəminiya yerli telekanala müsahibəsində qeyd edib ki, ABŞ və İsrail İrana qarşı quru əməliyyatına cürət etməyib. O əlavə edib ki, quru qoşunları ABŞ-nin region ölkələrindəki bazalarına "Fəcr" və "Fəth" raketləri ilə zərbələr endirib. Bu da ABŞ ilə İsraili quru müdaxilədən çəkindirib.

Onun sözlərinə görə, sərhədlərin qorunması üçün ordunun quru qoşunları tərəfindən görülən ehtiyat tədbirləri əhəmiyyətli idi.

"Çəkindirici mühüm amillərdən biri, sərhədlərin təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan ordunun İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ilə birlikdə yüksək hazırlığı idi", deyə o qeyd edib.

Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Dünya
29 aprel 2026 12 baxış
Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Dünya
29 aprel 2026 12 baxış
Çində yaşayış xərcləri artıb

Çində yaşayış xərcləri artıb

Dünya
29 aprel 2026 12 baxış
Tramp Almaniya Kanslerini tənqid etdi

Tramp Almaniya Kanslerini tənqid etdi

Dünya
29 aprel 2026 12 baxış
Böyük Britaniya Kralından Ukraynaya dəstək

Böyük Britaniya Kralından Ukraynaya dəstək

Dünya
29 aprel 2026 12 baxış
Əraqçinin Moskva səfərində diqqətçəkən məqamlar | Məcburi yaxınlaşma, yoxsa yeni ittifaq? - Baku TV

Əraqçinin Moskva səfərində diqqətçəkən məqamlar | Məcburi yaxınlaşma, yoxsa yeni ittifaq? - Baku TV

Dünya
29 aprel 2026 12 baxış
Almaniyada qozbel balina ölümdən xilas edildi

Almaniyada qozbel balina ölümdən xilas edildi

Dünya
28 aprel 2026 12 baxış
Vens Pentaqondan şübhələnir – “İranla bağlı real vəziyyət gizlədilir”

Vens Pentaqondan şübhələnir – “İranla bağlı real vəziyyət gizlədilir”

Dünya
28 aprel 2026 12 baxış
Müharibədə baş verənlər Rusiyanı silkələdi | Hücumla bağlı təcili açıqlama - Baku TV

Müharibədə baş verənlər Rusiyanı silkələdi | Hücumla bağlı təcili açıqlama - Baku TV

Dünya
28 aprel 2026 12 baxış
İsrailin Ukraynadakı səfirliyi niyə Xarici İşlər Nazirliyinə çağırıldı? - ANA XƏBƏR

İsrailin Ukraynadakı səfirliyi niyə Xarici İşlər Nazirliyinə çağırıldı? - ANA XƏBƏR

Dünya
28 aprel 2026 12 baxış
Seçilmişlər
icon