Pleyeri seçin:

ABŞ və Rusiya arasında gərginlik artacaq?

09 yanvar 2026 121 baxış

ABŞ senatoru Lindsi Qraham Prezident Donald Trampın Rusiyanın müharibəni maliyyələşdirməsinin qarşısını almağa yönəlmiş ikipartiyalı sanksiyalar qanun layihəsini dəstəklədiyini açıqlayıb.

Qanun layihəsi Rusiyadan ucuz neft alan ölkələrə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutur.

Senator Qraham bildirib ki, Prezident Trampla keçirilən görüşdən sonra bu təşəbbüsə razılıq verilib. Onun sözlərinə görə, layihə Trampa Rusiya neftini alan ölkələrə qarşı ciddi təzyiq mexanizmləri təqdim edir. Qraham qeyd edib ki, bu addım Ukraynanın sülh üçün müəyyən güzəştlərə getdiyi bir mərhələdə atılır və “vaxt baxımından uyğun” hesab olunur.

Senatorun fikrincə, qanun layihəsi Çin, Hindistan və Braziliya kimi ölkələrin Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanı maliyyələşdirən ucuz Rusiya neftinin alışını dayandırmasına təsir göstərə bilər. ABŞ mediası sənədin gələn həftə Senatda səsverməyə çıxarılacağını yazır.

Bu açıqlamalar ABŞ-nin beynəlxalq sularda Rusiyada qeydiyyatdan keçmiş neft tankerini ələ keçirməsindən sonra səsləndirilib. Rusiya Nəqliyyat Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda “Bella 1” adlı, sonradan “Marinera” adlandırılan tankerin Şimali Atlantikada ABŞ Avropa Komandanlığı tərəfindən ələ keçirildiyini bildirib.

Nazirlik qeyd edib ki, gəmi 24 dekabr 2025-ci ildə Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun şəkildə Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb. Açıqlamaya görə, Moskva vaxtı ilə təxminən saat 15:00-da açıq dənizdə və heç bir dövlətin ərazi sularında olmayan ərazidə ABŞ Hərbi Dəniz Qüvvələri gəmiyə minib və sonradan onunla əlaqə kəsilib.

Rusiya tərəfi 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına istinad edərək bildirib ki, açıq dənizlərdə sərbəst naviqasiya prinsipi qüvvədədir və heç bir dövlətin digər ölkənin bayrağı altında qeydiyyatdan keçmiş gəmiyə qarşı güc tətbiq etmək hüququ yoxdur.

ABŞ İran üçün yeni planını işə saldı - Baku TV CANLI

ABŞ İran üçün yeni planını işə saldı - Baku TV CANLI

Dünya
21 mart 2026 121 baxış
Yaxın Şərqdə münaqişə nə vaxt bitəcək?

Yaxın Şərqdə münaqişə nə vaxt bitəcək?

Dünya
21 mart 2026 121 baxış
İranda daha bir yüksəkrütbəli hərbçi öldürüldü - Baku TV CANLI

İranda daha bir yüksəkrütbəli hərbçi öldürüldü - Baku TV CANLI

Dünya
21 mart 2026 121 baxış
“Orada heç kim lider olmaq istəmir” | Donald Tramp

“Orada heç kim lider olmaq istəmir” | Donald Tramp

Dünya
21 mart 2026 121 baxış
BMT Hörmüz boğazı ilə bağlı hansı addım atmağı planlaşdırır?

BMT Hörmüz boğazı ilə bağlı hansı addım atmağı planlaşdırır?

Dünya
21 mart 2026 121 baxış
Əraqçi İranın ABŞ qarşısında şərtlərini açıqladı - Baku TV CANLI

Əraqçi İranın ABŞ qarşısında şərtlərini açıqladı - Baku TV CANLI

Dünya
21 mart 2026 121 baxış
Seçkidən əvvəl Tramp tərəfdarı Yanşaya qarşı etiraz aksiyası

Seçkidən əvvəl Tramp tərəfdarı Yanşaya qarşı etiraz aksiyası

Dünya
21 mart 2026 121 baxış
Gümrah qalmaq üçün 3 məsləhət

Gümrah qalmaq üçün 3 məsləhət

Dünya
21 mart 2026 121 baxış
ABŞ Mərkəzi Komandanlığı yeni görüntülər paylaşdı

ABŞ Mərkəzi Komandanlığı yeni görüntülər paylaşdı

Dünya
21 mart 2026 121 baxış
İranın ballistik raketlərlə bu hücumu dünyaya səs saldı | Pentaqondan təcili məlumat - Baku TV

İranın ballistik raketlərlə bu hücumu dünyaya səs saldı | Pentaqondan təcili məlumat - Baku TV

Dünya
21 mart 2026 121 baxış
Seçilmişlər
icon