ABŞ və Rusiya liderləri danışıqlara hazırlaşır | Trampın müşavirindən açıqlama
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırlaşır.
Bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz “ABC News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda telefon danışıqları aparıla bilər.
“Hələ bunun üçün dəqiq çərçivə müəyyən etməmişik. Bunun üzərində işləyirik. Amma bilirsiniz ki, ən azı yaxın günlərdə və həftələrdə bir zəng gözləyirəm. Bu bizim ilk atacağımız addım olacaq və sonra biz hərəkətə keçəcəyik”, – deyə Mayk Uoltz əlavə edib.
Daha əvvəl Almaniya Kansleri Olaf Şolts Trampın Putinlə görüş planlarını alqışladığını söyləyib.
Qeyd edək ki, Donald Tramp yanvarın 9-da qubernatorlarla görüşdən əvvəl Florida ştatındakı iqamətgahında Rusiya Prezidenti ilə görüşün hazırlandığını bildirib. O əlavə edib ki, yanvarın 20-də andiçmə mərasimindən sonra bütün görüşləri keçirməyi planlaşdırır.
#ABŞ teqi istifadə olunub
- Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edilib
- Müctəba Xamenei nüvə proqramından imtina etməsə... | ABŞ şans tanımaq istəmir - Baku TV
- Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM
- Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV
- Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib - ANA XƏBƏR
