ABŞ Yaxın Şərqə yeni hərbi qüvvələr göndərir | Müharibə naziri nələri açıqladı? - Baku TV
“Amerikanın Yaxın Şərqə yeni hərbi qüvvələri gəlir. Bu hələ başlanğıcdır”.
Bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset deyib. O, İrana qarşı hərbi əməliyyatlarda süni intellektdən istifadə olunduğunu diqqətə çatdırıb.
İranda kürd qruplarına dəstək məsələsinə aydınlıq gətirən nazir hərbi əməliyyatların nə qədər lazımdırsa, o qədər davam edəcəyini bildirib.
“İranın müttəfiqlərinə, xüsusən də Rusiya və Çinə mesajınız nədir?” sualına isə Pit Heqset bu cür cavab verib:
“Rusiya və Çin burada əhəmiyyətli bir faktor deyil. Bizim məqsədlərimizin heç biri hər hansı bir xüsusi qüvvənin dəstəklənməsi və ya silahlandırılması üzərində qurulmayıb. Mən bunu deyərkən kürdləri nəzərdə tuturam. Bizim çox sayda avtonom sistemlərimiz, pilotsuz uçuş aparatları və digər vasitələrimiz var, onlara süni intellekt xüsusiyyətləri əlavə edilib, amma bir çoxunu burada danışa bilmirəm”.
Nazir Türkiyə üzərində İran raketinin vurulmasından xəbərdar olduqlarını və bunun NATO-nun 5-ci maddəsini işə salmayacağını qeyd edib.
Pit Heqset İrana qarşı hava zərbələri nəticəsində mülki obyektlərin zərər görməsinə də münasibət bildirib. Onun sözlərinə görə, İranda qızlar məktəbinə edilən hücum hazırda araşdırılır.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Netanyahu müharibənin növbəti mərhələsi haqqında fikirlərini söylədi - Baku TV
- Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR
- Macarıstan üçün seçim: Türk dünyası ilə davam, yoxsa dönüş? | İrandan ABŞ-yə mesaj - YENİ BİR SƏHƏR
- ABŞ və İran rəsmi olmayan gərgin status-kvoya keçərək, iqtisadi təzyiqləri artıracaq?
- Hörmüz boğazında kritik anlar | Bakı Bulvarında çiçəkləri kim yararsız hala salıb? - YENİ BİR SƏHƏR
