Ağ Ev Zelenski ilə bağlı hərəkətə keçdi | Rusiya kəşfiyyatından sensasiyalı açıqlama
ABŞ Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovu ölkə prezidenti Volodimir Zelenskinin yerinə uyğun namizəd hesab edir.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"A.Avakovun güclü tərəfləri arasında onun Ukrayna millətçi birləşmələri ilə sıx əlaqələri və Avropa ölkələrinin liderləri ilə davamlı təmasları daxildir", – deyə xəbərdə qeyd olunub.
Xarici Kəşfiyyat Xidmətindən əlavə edilib ki, Vaşinqton Ukrayna liderini “daha idarəolunan və daha az korrupsiyalaşmış fiqur”la əvəzləmək variantlarını araşdırmağa başlayıb. Bu, ABŞ-nin Qərb müttəfiqlərinin əksəriyyətinə uyğun olmalıdır.
Bildirilib ki, Ukrayna liderinin dəyişməsi Qərbə Moskva ilə danışıqlara daha yaxşı hazırlaşmağa imkan verəcək. Xəbərə görə, Ağ Ev artıq bununla bağlı qeyri-hökumət təşkilatlarına Amerika elitasının V.Zelenskidən narazılığı fonunda A.Avakovun hakimiyyətə gəlməsi üçün ssenari hazırlamağı tapşırıb.
"Həm Demokratlar, həm də Respublikaçılar partiyalarında Kiyevin aldığı “milyardlarla dollarlıq hərbi yardımın məqsədyönlü xərclənməsi” ilə bağlı şübhələrini ifadə edənlərin səsi getdikcə daha çox eşidilir. V.Zelenski Ukraynanın hüdudlarından kənarda eskalasiya ilə təhdid edən çılğın addımlar atır", – deyə məlumatda qeyd olunub.
Kəşfiyyat Xidməti qeyd edib ki, Birləşmiş Ştatlar həmçinin V.Zelenskini dövlət başçısı postunu tərk etməyə məcbur etmək üçün onu nüfuzdan salmaq üçün güclü kampaniyaya başlamaq niyyətindədir.