Dünya
Pleyeri seçin:
Ankaradakı bombalı hücumun anbaan görüntüləri
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Kürd terror təşkilatı PKK Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Kopyalandı
Seçilmişlər