Dünya
Pleyeri seçin:

Avdiivka Rusiyanın nəzarətində | Şoyqu Putinə məlumat verdi

18 fevral 2024

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Donetsk yaxınlığındakı Avdiivka şəhərinin tam nəzarətə götürülməsi barədə məruzə edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdiivkadan çəkilməsini elan edib.

Şəhər uğrunda döyüşlər 2023-cü ilin oktyabrından şiddətlənmişdi. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçən Donetskdən cəmi 15 kilometr məsafədə yerləşməklə strateji önəmə sahibdir.

Bu arada, Avdiivka şəhərinin işğalı Rusiyaya 17 min ölü daxil olmaqla 47 min itkiyə başa gəlib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” operativ-strateji qoşun qrupunun nümayəndəsi Dmitro Lixoviy deyib.

Ukrayna tərəfinin qiymətləndirməsini müstəqil mənbələrlə yoxlamaq qeyri-mümkündür. Bundan başqa, Kreml də müharibədəki, xüsusilə sözügedən döyüşdəki öz itkilərini açıqlamır. Moskva sonuncu dəfə 2022-ci ilin sentyabrında ordunun ümumi itkilərini açıqlayıb.

Avdiivka kontekstində isə Rusiya Prezidenti Vladimir Putin rəqəm çəkmədən ancaq “həlak olanlar”dan bəhs edib. Bununla belə, ABŞ kəşfiyyatı hələ 2023-cü ilin dekabrında Rusiyanın sözügedən istiqamətdəki ölü və yaralı itkilərini 13 min hesablayıb.

NATO Ukraynaya qoşun göndərir? | Regionda gərginlik artır

NATO Ukraynaya qoşun göndərir? | Regionda gərginlik artır

Dünya
17 may 2024
Putindən Ukraynaya sərt mesaj | Sənədlərə imza atmayacağıq

Putindən Ukraynaya sərt mesaj | Sənədlərə imza atmayacağıq

Dünya
17 may 2024
Rusiya XİN sözçüsündən Qərbə sərt sözlər

Rusiya XİN sözçüsündən Qərbə sərt sözlər

Dünya
17 may 2024
Viktor Orbandan silahlı hücuma məruz qalan Baş nazir haqqında açıqlama

Viktor Orbandan silahlı hücuma məruz qalan Baş nazir haqqında açıqlama

Dünya
17 may 2024
Səlahəddin Dəmirtaş neçə il həbs edildi? | Məhkəmədən qərar

Səlahəddin Dəmirtaş neçə il həbs edildi? | Məhkəmədən qərar

Dünya
17 may 2024
Müharibə qızışdıran plana Rusiyadan cavab | PUA-lar işə salındı

Müharibə qızışdıran plana Rusiyadan cavab | PUA-lar işə salındı

Dünya
17 may 2024
Ukraynanın hansı əraziləri təhlükə altındadır? | Ruslar yeni postlar quraşdırdı

Ukraynanın hansı əraziləri təhlükə altındadır? | Ruslar yeni postlar quraşdırdı

Dünya
17 may 2024
Ukrayna Ordusu boynuna aldı | Müharibənin gedişatı necə dəyişdirildi?

Ukrayna Ordusu boynuna aldı | Müharibənin gedişatı necə dəyişdirildi?

Dünya
17 may 2024
Qriqoryan Peskovu yalanladı | Görüşdə hər şey başqa cür danışılıb?

Qriqoryan Peskovu yalanladı | Görüşdə hər şey başqa cür danışılıb?

Dünya
17 may 2024
Nazir səhvini boynuna aldı | Avstriyada qalmaqallı çıxış

Nazir səhvini boynuna aldı | Avstriyada qalmaqallı çıxış

Dünya
17 may 2024
Seçilmişlər
icon