Dünya
Pleyeri seçin:
Bayden açıqladı | ABŞ İrana hücumda iştirak edəcək?
ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Vaşinqtonun Təl-Əvivin İrana qarşı hücum əməliyyatında iştirak etməyəcəyini bildirib.
Bu barədə CNN telekanalı ABŞ Administrasiyasına istinadən məlumat yayıb.
Qeyd edək ki, Cozef Bayden ABŞ hərbçilərinin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketlərin bir qisminin zərərsizləşdirildiyini söyləyib.
“İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər. İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir”, – deyə C.Bayden B.Netanyahu ilə söhbətində deyib.
Kopyalandı
Seçilmişlər