Ukraynada bayramı yasa çevirən hücum | Rəsmi şəxslər hər şeyi danışdı
Mayın 3-dən 6-na qədər Ukraynada vəziyyət daha gərgin və qanlı olub.
Belə ki, bu günlər Ukraynanın Odessa, Dnepropetrovsk, Xarkov, Sumı, Poltava və Donetsk vilayətləri güclü hava və artilleriya hücumlarına məruz qalıb.
Ukrayna hava komandanlığının rəsmisi İlya Eleş Ukraynada baş verən son hadisələr barədə Baku TV-yə danışıb.
O bildirib ki, pravoslav ukraynalılar tərəfindən qeyd olunan Pasxa bayramı ərəfəsində Ukrayna “Şahed” pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
“Düşmən bayram ərəfəsində 24 pilotsuz təyyarədən istifadə etdi. Onlardan 23-ü tərəfimizdən zərərsizləşdirildi. Elə həmin gecə düşmən Kursk vilayəti ərazisindən yenidən pilotsuz təyyarələrlə hücuma keçdi. 13 pilotsuz təyyarədən 12-si tərəfimizdən məhv edildi. Biz görürük ki, düşmən davamlı olaraq mülki infrastruktura zərbələr endirir, dinc əhalini qorxudur. Bizə müqavimət göstərməyin mənası olmadığını, yeganə variantın boyun əymək olduğunu göstərir”, – İ.Eleş əlavə edib.