Dünya
Pleyeri seçin:
Bayden İsrailə görə təcili toplantı çağırdı | Xameneidən müharibə mesajı
ABŞ İrandan İsrailə atılan kamikadze PUA-ları İsraildən əvvəl aşkarlayıb və bu barədə Təl-Əvivi məlumatlandırıb.
Prezident Cozef Bayden vəziyyətlə əlaqədar təcili toplantı çağırıb. Qısa müddətdə ABŞ İranın hücumu ilə bağlı son qərarını verəcək.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari isə mətbuata açıqlamasında PUA-ları izlədiklərini və onların ölkəyə çatmasının bir neçə saat çəkəcəyini qeyd edib.
İranın Ali Dini Lideri Ayətullah Xamenei “X” hesabında “Şər rejim cəzasını alacaq” sözlərini paylaşıb.
Həmçinin qeyd edək ki, "Hizbullah" da İsrailə qarşı əməliyyatlara başlandığını elan edib.
Kopyalandı
Seçilmişlər