Pleyeri seçin:
Belqorod şəhərinə hücum | Ölən və xəsarət alanlar var
Rusiyanın Belqorod şəhəri atəşə tutulub.
Şəhərin atəşə tutulması nəticəsində 29 nəfər yaralanıb, 1 nəfər ölüb.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Teleqram”da məlumat verib.
“İlkin məlumata görə, 28 böyük və 1 uşaq bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb”, – deyə region başçısı bildirib.
Qubernatorun sözlərinə görə, ölən şəxs qadındır, o, hadisə yerində keçinib.
V.Qladkov qeyd edib ki, hadisə nəticəsində çoxmərtəbəli binada 49 mənzilə və 4 ticari obyektə ziyan dəyib. Xeyli sayda avtomobil yanıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
