Pleyeri seçin:

Beynəlxalq rezonans doğuran hücumda "Əl-Cəzirə"nin 5 əməkdaşı hədəf alındı | İsrail cavab verdi

11 avqust 2025 241 baxış

Qəzzada İsrailin hücumu nəticəsində Qətərin “Əl-Cəzirə” telekanalının 5 jurnalisti həlak olub.

Bu barədə kanaldan məlumat verilib. Qeyd edilir ki, telekanalın müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Kreike, həmçinin fotoqraf və operatorlar İbrahim Zaher, Məhəmməd Noufəl və Moamen Aliva hücum zamanı həyatlarını itiriblər. Onlarla birlikdə daha iki nəfər həlak olub.

“Əl-Cəzirə” Media Şəbəkəsi isə İsrailin Qəzzada törətdiyi son hücumu ən sərt şəkildə qınayıb.

Şəbəkə bildirir ki, İsrail qüvvələri media nümayəndələrini qəsdən hədəf alaraq şəhid edib. Onlar Əş-Şifa Tibb Kompleksinin qarşısında yerləşən çadırda olarkən vurulublar. Bu, mətbuat azadlığına qarşı açıq və məqsədli hücum kimi dəyərləndirilir.

“Əl-Cəzirə” bəyan edir ki, İsrailin bu addımı Qəzzadakı amansız hücumların, mülki əhalinin aclığa məhkum edilməsinin və icmaların məhv edilməsinin fonunda atılıb. Şəbəkə hesab edir ki, bu qətllər Qəzzanın qarşıdakı işğalını ifşa edən son səsləri susdurmaq cəhdidir.

Ənas əl-Şərif və həmkarları, beynəlxalq medianın zolağa girişinə qadağa qoyulduğu bir vaxtda oradan yerində, senzurasız məlumat verən azsaylı jurnalistlərdən idi. Onlar aclığı, dağıntını və bombardmanı həm sənədləşdirir, həm də yaşayırdılar.

İsrail ordusundan isə bildirilib ki, 28 yaşlı Ənas əl-Şərif HƏMAS hərəkatının “terror qruplaşmasına” rəhbərlik edib. Rəsmi açıqlamada deyilir ki, o, İsrailin mülki əhalisinə və ordu bazalarına “raket hücumlarına görə” cavabdeh idi və onun “Əl-Cəzirə” ilə əməkdaşlığı bu fəaliyyəti gizlətmək üçün nəzərdə tutulub.

Kollektiv hücum, yoxsa təhlükəsizlik tədbiri?

Kollektiv hücum, yoxsa təhlükəsizlik tədbiri?

Dünya
23 mart 2026 241 baxış
İsrail və ABŞ üçün yeni sürprizlər yoldadır | İran rəsmisi - Baku TV

İsrail və ABŞ üçün yeni sürprizlər yoldadır | İran rəsmisi - Baku TV

Dünya
23 mart 2026 241 baxış
İranın enerji infrastrukturu hədəf alınarsa... | SEPAH-ın sözçüsündən ABŞ-yə xəbərdarlıq - Baku TV

İranın enerji infrastrukturu hədəf alınarsa... | SEPAH-ın sözçüsündən ABŞ-yə xəbərdarlıq - Baku TV

Dünya
23 mart 2026 241 baxış
Tramp Tehranla danışıqların yeni raundunu elan etdi - ANA XƏBƏR

Tramp Tehranla danışıqların yeni raundunu elan etdi - ANA XƏBƏR

Dünya
23 mart 2026 241 baxış
Donald Trampın "xüsusi planı": İranda böyük üsyan üçün düymə nə vaxt basılacaq?

Donald Trampın "xüsusi planı": İranda böyük üsyan üçün düymə nə vaxt basılacaq?

Dünya
23 mart 2026 241 baxış
İsrail dünyanı şoka saldı | İrana niyə dəqiq zərbə qabiliyyəti olmayan bu bombalar atıldı? - Baku TV

İsrail dünyanı şoka saldı | İrana niyə dəqiq zərbə qabiliyyəti olmayan bu bombalar atıldı? - Baku TV

Dünya
23 mart 2026 241 baxış
Müctəba Xameneiyə nə olub?

Müctəba Xameneiyə nə olub?

Dünya
23 mart 2026 241 baxış
İran müharibəsinin gedişatı ilə bağlı narahatlıqlar artır

İran müharibəsinin gedişatı ilə bağlı narahatlıqlar artır

Dünya
23 mart 2026 241 baxış
Starmer İran müharibəsinin iqtisadi təsirləri ilə bağlı fövqəladə iclas çağırıb

Starmer İran müharibəsinin iqtisadi təsirləri ilə bağlı fövqəladə iclas çağırıb

Dünya
23 mart 2026 241 baxış
İran müharibəsinin aqibəti necə olacaq?

İran müharibəsinin aqibəti necə olacaq?

Dünya
23 mart 2026 241 baxış
Seçilmişlər
icon