Biz livanlılarla döyüşmürük | Netanyahudan BMT-yə son xəbərdarlıq
“Livanda Həsən Nəsrullahı və onun yüksək vəzifəli məmurlarını məhv etdik. Qəhrəman əsgərlərimiz “Hizbullah”ın silahlarını, qərargahlarını və tunellərini məhv edir. Onlar şimaldakı sakinlərimizi sağ-salamat evlərinə qaytarmaq üçün döyüşürlər. Biz livanlılarla döyüşmürük. İnsanlar, biz Livanı fəth etmiş İranın terror qolu olan “Hizbullah”la mübarizə aparırıq”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Birbaşa BMT-nin Baş katibinə müraciət etmək istərdim: BMT qüvvələrini “Hizbullah”ın qalalarından və döyüş bölgələrindən çıxarmağınızın vaxtıdır. İsrail Ordusu bunu dəfələrlə xahiş edib və dəfələrlə rədd cavabı alıb. Anlayın ki, oradakı əsgərlər “Hizbullah” terrorçuları üçün canlı qalxandır. Biz “Hizbullah”ı məhv edəcəyik. Nə mülki əhalinin, nə də başqa insanların həlak olmasını istəyirik. Ona görə də bu, son xəbərdarlığımızdır. İstəyimizi nəzərə alın. Qəzzada olan 101 girovumuz hər zaman diqqətimizdədir. Onları sağ geri qaytarmaq üçün əlimizdən gələni edəciyik”, – o bildirib.