Blogerlər sammit və nazirlərin görüşünə qatıla biləcək?
Avropa İttifaqı "TikTok" və "YouTube" platformalarında fəaliyyət göstərən blogerlərin sammitlərə və nazirlərin bəzi görüşlərinə dəvət olunmasını nəzərdə tutan layihə hazırlayıb.
Bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, blogerlər Brüsseldə yerləşən Avropa İttifaqı Şurasının qərargahına giriş əldə edəcəklər.
Hazırda həmin məkan yalnız akkreditə olunmuş jurnalistlər üçün açıqdır. Bununla belə, blogerlərə nazirlərə və dövlət liderlərinə sual verməyə icazə verilməyəcək.
Nəşrin yazdığına görə, Brüsseldə keçirilən işçi qrup toplantısında iştirak edən diplomatlar bu təşəbbüsü təəccüblə qarşılayıblar. Bir sıra diplomatlar anonim şəkildə bildiriblər ki, onlar bu yeniliyin əlavə fayda verəcəyinə inanmırlar. Onların fikrincə, blogerlər Avropa Şurasının fəaliyyəti barədə kifayət qədər məlumatlı deyillər.
Beynəlxalq Mətbuat Assosiasiyası da layihəni tənqid edib. Təşkilat qeyd edib ki, akkreditə olunmuş jurnalistlərdən fərqli olaraq, influenserlərin materiallarına görə kimdən maliyyə aldıqlarını açıqlamaq öhdəliyi yoxdur.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqından süni intellektlə bağlı istifadəni şəffaflaşdıran addım
- Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ
- Konstitusiya, Aİ və Zəngəzur: Paşinyan istefa verir - AKTUAL GÜNDƏM
- Avropa və ABŞ-nin birgə sanksiyaları | Rusiya hansı addımları atacaq? - Baku TV
- İran ətrafında "sürünən müharibə": Tramp iki təhlükəli seçim qarşısında qaldı - YEKUNLAŞDIRAQ
