Pleyeri seçin:

Böyük Britaniya orduda son onilliklərin ən böyük islahatlarına başlayır

30 iyun 2026 196 baxış

Böyük Britaniya ordusunda son onilliklərin ən böyük islahatlarına başlayır. London Ukraynadakı müharibədən çıxarılan nəticələri əsas götürərək Silahlı Qüvvələrin strukturunu dəyişməyi planlaşdırır.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı yeni Müdafiə İnvestisiya Planını (Defence Investment Plan) təqdim edəcək. Sənəddə Ukraynanın müharibədə tətbiq etdiyi taktika nümunə kimi göstərilir.

Müdafiə Nazirliyi bildirir ki, məqsəd ucuz sistemlərlə yüksək dəyərli hədəfləri məhv etmək və illərlə deyil, həftələrlə ölçülən innovasiya dövrünə keçməkdir.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada müdafiə strategiyalarını kökündən dəyişib. Müharibə bahalı hərbi texnikanın zəif tərəflərini üzə çıxarıb, ucuz pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli sursatların rolunu isə əhəmiyyətli dərəcədə artırıb.

Bu səbəbdən London əvvəlki planlarından fərqli olaraq 8 ədəd “Type 83” esminesi və “Type 32” freqatlarının tikintisi üçün əlavə vəsait ayırmayacaq. Əvəzində Böyük Britaniya pilotsuz sistemlərin idarə olunması üçün nəzərdə tutulmuş ən azı 6 yeni “Common Combat Vessel” (Ümumi Döyüş Gəmisi) inşa edəcək. Bunlara “Type 93” pilotsuz sualtı qayıqları, “Type 91” pilotsuz raket platformaları, həmçinin “Type 92” və “Type 94” pilotsuz müşahidə sistemləri daxil olacaq.

Məqalədə vurğulanır ki, donanması olmayan Ukrayna məhz dəniz və hava dronlarının köməyi ilə Rusiyanın Qara dəniz donanmasına ciddi zərbələr endirməyi bacarıb və London bu təcrübədən faydalanmaq niyyətindədir.

Dəyişikliklər Kral Hərbi Hava Qüvvələrini də əhatə edəcək. Yeni plana əsasən, pilotlu qırıcılarla birlikdə döyüşəcək pilotsuz döyüş təyyarələrinin hazırlanması proqramı genişləndiriləcək. Bu layihə Böyük Britaniya, İtaliya və Yaponiyanın birlikdə həyata keçirdiyi “Global Combat Air Programme” çərçivəsində icra olunur.

Plan çərçivəsində hökumət pilotsuz uçuş aparatlarının inkişafına 5 milyard funt sterlinq ayıracaq. Müdafiə Nazirliyi qeyd edir ki, Ukrayna hər ay təxminən 200 min drondan istifadə edir və Britaniya da bu təcrübəni mənimsəməlidir.

Sənəddə həmçinin Avropanın ən böyük dron sınaq mərkəzinin yaradılması və pilotsuz aparatların istehsalını fasiləsiz artıracaq xüsusi işçi qrupunun formalaşdırılması nəzərdə tutulur.

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 196 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 196 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 196 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 196 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 196 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 196 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 196 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 196 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 196 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 196 baxış
Seçilmişlər
icon