Dünya
Pleyeri seçin:
Böyük Britaniyanın Rusiyadakı səfirliyində gərginlik | Diplomat nədə ittiham olunur?
Böyük Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin 2-ci katibi Uilks Prayor ölkəyə daxil olarkən yalan informasiyanı yaydığına görə akkreditasiyadan məhrum edilib.
Ona 2 həftə ərzində ölkəni tərk etmək tapşırılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Uilks Prayorun işində kəşfiyyat fəaliyyətinin əməlləri aşkarlanıb.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın Moskvadakı səfiri Lin Treysinin nazirliyə çağırıldığını bildirib.
Səfirin qurumun əməkdaşı Uilks Prayorun akkreditasiyasının ləğvi ilə əlaqədar olaraq nazirliyə dəvət olunduğu güman edilir.
Kopyalandı
Seçilmişlər