Rusiya-Ukrayna müharibəsinin vəziyyəti daha da gərginləşir | Neçə hərbçi yaralandı?
Rusiya Ukraynanın Kursk bölgəsindəki hədəflərə raket zərbələri endirməsinə qarşı cavab tədbirləri hazırlayır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, region ərazisinə 2 raket zərbəsi endirilib. Nazirlik ölkəyə atılan ATACMS raketlərinin fotolarını “Telegram”da paylaşıb.
Qeyd edək ki, növbəti zərbə noyabrın 25-də baş tutub. Kursku hədəf alan 8 ATACMS operativ-taktiki raketi bölgəyə atılıb. Onlardan 7-si vurulub. Lakin raketlərdən 1-i hədəfə çatmağa nail olub və 2 hərbçinin yaralanması ilə nəticələnib.
Bundan əlavə, noyabrın 23-də Kurskun şimal-qərbinə 5 ATACMS raketi atılıb. Onlardan 3-ü zərərsizləşdirilib, digər 2-si isə hədəfə çatıb.
Hadisə nəticəsində rusiyalı əsgərlərin yaralandığı bildirilsə də, onların dəqiq sayı açıqlanmayıb.
Qeyd edək ki, son günlərdə Ukrayna-Rusiya arasında gərginlik pik həddə çatıb.