Pleyeri seçin:

“Böyük Sentosa” adlı nəhəng turizm zonası yaradılacaq

06 iyul 2026 307 baxış

Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib.

Plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək.

Layihəyə əsasən, yeni turizm məkanının ildə 32 milyon turist qəbul etməsi planlaşdırılır. Bu isə hazırda Sentosaya gələn orta illik turist sayından təxminən iki dəfə çoxdur.

Sənədə görə, Sentosadakı İmbia dağının zirvəsinə qədər piyada cığırı salınacaq. Zirvədə isə restoranlar, mağazalar və küləkdən qorunan tədbir meydançalarının yerləşəcəyi müşahidə platforması istifadəyə veriləcək.

Bundan əlavə, Sentosanı Pulau Brani ilə birləşdirəcək nəqliyyat qovşağının tikintisi, bir sıra yeni turizm obyektlərinin yaradılması və çimərliklərin yenidən qurulması nəzərdə tutulur. Yeni layihələrin bir hissəsinin 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunur ki, Sinqapur əsas adasının ərazisini dənizin doldurulması yolu ilə mərhələli şəkildə genişləndirir. Bunun üçün ölkə digər dövlətlərdən torpaq alır. Nəticədə Sinqapurun quru sahəsi 1960-cı illərdəki 581 kvadratkilometrdən 2025-ci ilin iyun ayına olan məlumata görə 736,3 kvadratkilometrə yüksəlib və artmaqda davam edir.

Layihədə bildirilir ki, yeni istirahət və əyləncə məkanlarının yaradılmasında məqsəd "Sentosa"nın qlobal şəhərdə yerləşən ada kurortu və istirahət mərkəzi kimi cəlbediciliyini daha da artırmaqdır.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 307 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 307 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 307 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 307 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 307 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 307 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 307 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 307 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 307 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 307 baxış
Seçilmişlər
icon