Bu ölkənin hərbçiləri Ukraynada olacaq | Rəsmi Kiyevə növbəti dəstək
Böyük Britaniya aktiv döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya qoşun göndərmək planlarını təsdiqləyib.
Bu barədə Britaniyanın müdafiə naziri Con Hili "Bloomberg" agentliyinə bildirib.
Təsdiqlənmiş plana əsasən, Britaniya kontingenti cəbhə xəttindən və Rusiya sərhədindən uzaqda, arxa cəbhədə yerləşəcək. Britaniya hərbçilərinin əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinə birbaşa ölkə ərazisində təlim keçmək olacaq. İlkin büdcə təxminən 100 milyon funt sterlinq məbləğində qiymətləndirilir.
Moskva Rusiyaya qarşı sanksiyaların təxirə salınmasına, həmçinin hazırda müzakirə olunan reparasiya krediti məsələsinin həllinin gecikdirilməsinə çalışır. Bunu Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"ABŞ-nin Rusiyaya qarşı sanksiyaları qüvvəyə minir. Ümid edirəm ki, onların təxirə salınması barədə qərar qəbul edilməyəcək, çünki Moskva məhz bunu istəyir. Həmçinin Rusiya reparasiya krediti məsələsinin müzakirəsini təxirə salmağımızı, onun dondurulmuş aktivlərinin Ukraynanın maraqları üçün istifadə edilməməsini istəyir", ‒ deyə Kaya Kallas sonda əlavə edib.
#Böyük Britaniya teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı birgə donanma yaradacaq
- “Onlarla mübarizə aparılacaq, Rusiya ilə əməkdaşlıq edənlər isə...” | Kir Starmer
- “Ajax” zirehli maşınların istifadəsi dayandırıldı
- Böyük Britaniyanın Baş naziri sülh planına münasibət bildirdi
