“Bu olmasa, məyus olacağam...” | Tramp Alyaska görüşündən gözləntilərini açıqladı
“Mən konkret nailiyyətlər əldə etmək istəyirəm. Atəşkəsə nail olmaq istəyirəm. Bunun Avropa ilə əlaqəsi yoxdur. Avropa mənə nə edəcəyimi demir, amma şübhəsiz ki, onlar da prosesdə iştirak edəcəklər, təbii ki, Volodimir Zelenski də. Amma mən istəyirəm ki, atəşkəs tez əldə olunsun”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Alyaskadakı görüşdən gözləntiləri barədə jurnalistlərə açıqlama verib.
“Bu gün bu baş verməsə, məyus olacağam. Hamı deyir ki, bu gün atəşkəsin əldə olunması mümkünsüzdür. Amma mən sadəcə deyirəm ki, insan ölümlərinə son verilməsini istəyirəm. Mən ölümləri dayandırmaq üçün buradayam.
Bilirsiniz ki, biz pul xərcləmirik, pul qazanırıq. Onlar bizim silahlarımızı alırlar, biz onu NATO-ya göndəririk, NATO isə bizə böyük, gözəl qəbzlər göndərir. Amma bu məni maraqlandırmır, məni maraqlandıran odur ki, Co Bayden 350 milyard xərcləyib, amma əvəzində heç nə almayıb. Bu, ciddi amildir.
Məni narahat edən odur ki, onlar ötən həftə 7011 insan itiriblər, demək olar ki, bütün əsgərləri. Şəhərin mərkəsində isə 36 mülki insan ölüb. Amma 7 min, 7 mindən çox əsgər. Bu, dəlilikdir”, – deyə o vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- “Uzunmüddətli sülh bizim üçün daha vacibdir” | Tata Xvedeliani
- Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı
- ABŞ İsrail və Qətəri barışdırmaq istəyir
- Biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir | Hikmət Hacıyev - Baku TV
- Vaşinqton narkokartellərə qarşı mübarizəni gücləndirir
