Dünya
Pleyeri seçin:

Bu qərar regionda hər şeyi dəyişdirəcək? - Putinin planını bilirəm, inanmıram ki...

26 iyul 2024

“Görünür, Trampın qələbəsi artıq təmin olunub və bu, Rusiya rəhbərliyinə nəfəs almaq və postsovet məkanında baş verən siyasi proseslərə, xüsusən də Cənubi Qafqaz reallıqlarına baxmaq imkanı verir”.

Bu sözləri erməni politoloq Qagik Keryan yerli mediaya müsahibəsində deyib.

“Biz artıq bilirik ki, Tramp Ukraynadakı müharibəni çox tez bitirəcək. Hətta Zelenski də bunu hiss edib və hələ seçkilərdən əvvəl Trampla Ukraynanı hansı aqibətin gözlədiyi ilə bağlı danışıqlar başlayıb. Müharibənin bitəcəyinə şübhəm yoxdur. Təsadüfi deyil ki, elə bu məqamda Rusiya Ermənistan və Azərbaycanı Rusiya platformasında danışıqlara dəvət etdiyini bəyan etdi. Faktiki olaraq indi Kreml yenidən danışıqlar prosesini öz nəzarətinə götürməyə çalışır”, – deyə o bildirib.

Ermənistanın bu təklifə indiyə qədər cavab vermədiyi məsələsinə toxunan Keryan qeyd edib ki, İrəvan bununla razılaşmalıdır:

“Çünki Ukrayna müharibəsi başa çatdıqdan sonra bizdə belə bir reallıq olacaq: Rusiya regiona qayıtmağa və öz təsirini bərpa etməyə çalışacaq, Azərbaycan onunla əməkdaşlıq edəcək, Gürcüstan da müəyyən dərəcədə Qərbin təsir zonasını tərk edəcək. Bu vəziyyətdə Ermənistan pis duruma düşəcək. Kağız üzərindəki Qərb çağırışlarına, qətnamələrinə, dəstəyinə və ya maliyyə yardımlarına ümid bəsləməyin mənası yoxdur”.

Politoloqun fikrincə, hazırda Qərb Ermənistanın Rusiyanın təsir zonasına qayıtmasının qarşısını almaq üçün hər şeyi edir:

“Onların bunu bacarıb-bacarmayacağını söyləməkdə çətinlik çəkirəm. Belə bir fikir var ki, Qərblə Rusiya arasında Cənubi Qafqazda “bölücü xətlər”in çəkilməsi ilə bağlı razılıq var.

Ehtimal olunur ki, Ermənistan Qərbin təsir zonasına düşüb, lakin mən Putinin strateji planının nə olduğunu bildiyim üçün təbii ki, buna inanmıram”.

Bunlar Putinin xeyrinə işlədi | Tramp Rusiyanın irəliləməsinin 2 əsas səbəbini açıqladı

Bunlar Putinin xeyrinə işlədi | Tramp Rusiyanın irəliləməsinin 2 əsas səbəbini açıqladı

Dünya
26 iyul 2024
Sergey Lavrov və Hakan Fidanın Laosdakı görüşündən görüntülər

Sergey Lavrov və Hakan Fidanın Laosdakı görüşündən görüntülər

Dünya
26 iyul 2024
Rusiyalı general nədə ittiham olunur? | Detallar açıqlandı

Rusiyalı general nədə ittiham olunur? | Detallar açıqlandı

Dünya
26 iyul 2024
İraqda ABŞ hərbçilərinin olduğu aviabazaya hücumu kim təşkil etdi?

İraqda ABŞ hərbçilərinin olduğu aviabazaya hücumu kim təşkil etdi?

Dünya
26 iyul 2024
Ərdoğan və Bəşər Əsəd illər sonra barışır? - Markovdan gözlənilməz açıqlama

Ərdoğan və Bəşər Əsəd illər sonra barışır? - Markovdan gözlənilməz açıqlama

Dünya
26 iyul 2024
ABŞ-də etiraz aksiyası | Netanyahuya qarşı bir araya toplaşdılar

ABŞ-də etiraz aksiyası | Netanyahuya qarşı bir araya toplaşdılar

Dünya
26 iyul 2024
Zelenski mənə zəng etdi... | Tramp telefon danışığının detallarını açıqladı

Zelenski mənə zəng etdi... | Tramp telefon danışığının detallarını açıqladı

Dünya
26 iyul 2024
Kamala Harris Trampla söhbətini etiraf etdi | Debat baş tutacaq?

Kamala Harris Trampla söhbətini etiraf etdi | Debat baş tutacaq?

Dünya
26 iyul 2024
Türkiyənin gücü artdı | Dünyada ən güclü hava qüvvələrinə malik ölkələr açıqlandı

Türkiyənin gücü artdı | Dünyada ən güclü hava qüvvələrinə malik ölkələr açıqlandı

Dünya
26 iyul 2024
Müharibə ancaq belə bitə bilər, Zelenski isə... | Keçmiş müşavirdən açıqlama

Müharibə ancaq belə bitə bilər, Zelenski isə... | Keçmiş müşavirdən açıqlama

Dünya
26 iyul 2024
Seçilmişlər
icon