“Bu vəzifə onun həbsdə keçirəcəyi...” | Ayk Mamicanyandan sensasiyalı açıqlama
“Ermənistanın Baş naziri kreslosunda oturan, ölkənin xarici və daxili siyasətini iflasa uğradan, beş min gəncin həyatına son qoyan, erməniləri Qarabağdan çıxarmağa səbəb olan, bütün dövlət institutlarını nüfuzdan salan və Erməni Apostol Kilsəsinə qarşı çıxan şəxs impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılacaq”.
Bu bəyanatın müəllifi Ermənistan parlamentinin deputatı, Serj Sərkisyanın yaxın adamı Ayk Mamicanyandır.
O, Baş nazir Nikol Paşinyanın “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin əməkdaşlarına siyasi proseslərdə iştirak etmələri halında işdən çıxarılacaqları ilə bağlı hədəsini şərh edib. Bununla belə, A.Mamicanyan konkret vaxt göstərməkdən çəkinib.
“Bu vəzifə onun həbsdə keçirəcəyi çox uzunmüddətli gələcəyini dəyişməyəcək”, ‒ deyə erməni deputat əlavə edib.
Revanşist siyasətçinin iddialarına görə, N.Paşinyan “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin sahibi, Rusiyanın “Tashir” holdinqinin rəhbəri Samvel Karapetyan və digər ermənilərdən qorxur.
#Ermənistan teqi istifadə olunub
- 150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu
- Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV
- Rusiya və Ermənistan arasında gərginlik artır
- Avropa Ermənistanı Rusiyanın əlindən ala biləcək? - AKTUAL GÜNDƏM
