Pleyeri seçin:

Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

12 iyun 2026 150 baxış

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır.

Namibiyada yerləşən "Əjdahanın Nəfəsi" mağarası səthdən təxminən 60 metr dərinlikdə başlayır və dünyanın ən böyük yeraltı gölünə çıxır. Gölün səth sahəsi təxminən iki futbol meydançası böyüklüyündədir.

Mağara adını girişdən qalxan isti və rütubətli havadan alıb. Müəyyən şəraitdə bu hava kondensasiya olunaraq incə duman yaradır. Mağara milyonlarla il ərzində yeraltı suların süxurları yavaş-yavaş həll etməsi nəticəsində formalaşıb və böyük su ilə dolu boşluq yaranıb.

Mağara 1986-cı ildə kəşf edilib. Bir il sonra oraya ekspedisiya təşkil edilib və təxminən 2 hektar sahəsi olan yeraltı göl araşdırılıb. 2015-ci ildə dalğıclar 132 metr dərinliyə enə biliblər. 2019-cu ildə isə süni intellektlə təchiz olunan "Sunfish” adlı avtonom sualtı dron vasitəsilə mağaranın xəritəsi hazırlanıb və gölün dərinliyinin 264 metrə çatdığı müəyyən edilib.

Bu mağaradakı xüsusi şərait – günəş işığının olmaması, kristal təmiz su və sabit temperatur burada unikal canlıların formalaşmasına səbəb olub. Onlar arasında kor qızılı mağara balığı və ağ kor krevetlər var. Bu növlər tam qaranlıq mühitə uyğunlaşaraq təkamül edib və əsasən mağaranın yuxarı hissəsində yaşayan yarasaların nəcisləri ilə qidalanırlar.

Kopyalandı
ABŞ və İsraillə qarşıdurma Xameneinin ictimaiyyət qarşısına çıxmasına mane olacaq? - ANA XƏBƏR

ABŞ və İsraillə qarşıdurma Xameneinin ictimaiyyət qarşısına çıxmasına mane olacaq? - ANA XƏBƏR

Dünya
18 iyul 2026 150 baxış
Vaşinqtonla müharibə Tehranı nüvə silahı əldə etməyə yaxınlaşdırır? - AKTUAL GÜNDƏM

Vaşinqtonla müharibə Tehranı nüvə silahı əldə etməyə yaxınlaşdırır? - AKTUAL GÜNDƏM

Dünya
18 iyul 2026 150 baxış
İsrailin Fələstinə endirdiyi zərbələr nəticəsində 37 dinc sakin yaralandı - Baku TV

İsrailin Fələstinə endirdiyi zərbələr nəticəsində 37 dinc sakin yaralandı - Baku TV

Dünya
18 iyul 2026 150 baxış
Tehran məhkəməsi ABŞ və İsrailə qarşı iddiaları araşdırmağa başladı - Baku TV CANLI

Tehran məhkəməsi ABŞ və İsrailə qarşı iddiaları araşdırmağa başladı - Baku TV CANLI

Dünya
18 iyul 2026 150 baxış
Bu ştatlarda qəribə hadisə | 250 min Amerika vətəndaşı real seçici olmayıb?

Bu ştatlarda qəribə hadisə | 250 min Amerika vətəndaşı real seçici olmayıb?

Dünya
18 iyul 2026 150 baxış
Yunanıstan ”PAC-2” raketini Ukraynaya vermək niyyətində deyil

Yunanıstan ”PAC-2” raketini Ukraynaya vermək niyyətində deyil

Dünya
18 iyul 2026 150 baxış
Yunanıstan Ukraynanın bu istəyini yerinə yetirməyəcək | Afinadan rədd cavabı - Baku TV CANLI

Yunanıstan Ukraynanın bu istəyini yerinə yetirməyəcək | Afinadan rədd cavabı - Baku TV CANLI

Dünya
18 iyul 2026 150 baxış
ÜST-dən ölkələrə xəbərdarlıq | Səhiyyədə süni intellekt problemi

ÜST-dən ölkələrə xəbərdarlıq | Səhiyyədə süni intellekt problemi

Dünya
18 iyul 2026 150 baxış
Ukraynanın arsenal itkisi nə qədərdir? | Konaşenkovdan açıqlama

Ukraynanın arsenal itkisi nə qədərdir? | Konaşenkovdan açıqlama

Dünya
18 iyul 2026 150 baxış
İki neft tankeri minalanmış ərazidə partlayaraq yanıb

İki neft tankeri minalanmış ərazidə partlayaraq yanıb

Dünya
18 iyul 2026 150 baxış
Seçilmişlər
icon