Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?
İsrailin Baş naziri Benyamin Netanyahu zənginləşdirilmiş uranın İran ərazisindən kənara çıxarılması və raket istehsalına məhdudiyyətlərin tətbiqi tələblərini Tehranla yekun razılaşmaya daxil etmək öhdəliyinə görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.
Bu barədə İsrail Baş nazirinin ofisinin iki lider arasındakı telefon danışığının yekunlarına dair yaydığı məlumatda qeyd edilib.
Vurğulanıb ki, Prezident Tramp Baş nazir Netanyahu ilə danışıqlar prosesinin başlanması üçün təməl kimi İranla formalaşan razılaşmaların müzakirəsini aparıb.
Netanyahu danışıqların yekunlarına əsasən hazırlanan anlaşmanın zənginləşdirilmiş nüvə materiallarının kənarlaşdırılmasını, zənginləşdirmə infrastrukturunun ləğvini, raket istehsalının məhdudlaşdırılmasını, eləcə də İranın regiondakı proksi-qüvvələrinə dəstəyinin dayandırılmasını əhatə etdiyinə görə Prezident Trampa təşəkkür edib.
