“Bütün dünyada sülh məsələlərini...” | Trampdan irad
ABŞ Prezidenti Donald Tramp BMT-nin Ukrayna böhranının həllində kifayət qədər fəal olmadığını bildirib.
Bu barədə yazı Amerika liderinin "Truth Social" səhifəsində yerləşdirilib. O vurğulayıb ki, qlobal təşkilat daha çox təşəbbüs göstərməlidir.
Ağ Evin rəhbəri Tailand və Kamboca arasında sülh danışıqlarını şərh edərkən yazıb:
"Birləşmiş Ştatlar faktiki olaraq hər hansı münaqişədə, o cümlədən hazırda Rusiya və Ukrayna arasında baş verən fəlakətdə çox az yardım göstərən BMT rolunu oynamağa başlayıb".
Tramp qeyd edib ki, BMT aktiv gücə çevrilməli və bütün dünyada sülh məsələlərini həll etməlidir.
Amerika lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar son 11 ay ərzində dünyada 8 silahlı münaqişəni dayandırıb və ya həll edib.
O əlavə edib ki, Tailand və Kamboca əvvəlki razılaşmalara uyğun olaraq indi sülh şəraitində yaşayacaq.
Tramp həmçinin hər iki ölkənin liderlərini problemin tez və ədalətli həllinə görə təbrik edib və ABŞ-nin hər zaman kömək etməyə hazır olduğunu bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib
- ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV
- Tramp Messini Ağ Evdə qarşıladı: "Oğlum sənin böyük fanatındır"
- Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR
- İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı
