Pleyeri seçin:
Çaqos adalarının taleyi yenidən dəyişə bilər | Ağ Evdən yeni plan
ABŞ Dieqo Qarsiya Britaniya-Amerika birgə hərbi hava bazasının yerləşdiyi Çaqos arxipelaqını almaq imkanlarını araşdırır.
Məlumatı "The Telegraph" qəzeti yayıb: “Ağ Ev Çaqos adalarını Mavrikidən almaq planını nəzərdən keçirir və bu, Britaniya Baş naziri Keyr Starmerin ərazi üzərində suverenliyi təhvil vermək planını poza bilər".
Nəşrin məlumatına görə, Amerika rəsmiləri ABŞ-nin bazaya tam nəzarəti ələ keçirmək üçün Böyük Britaniyanı keçərək birbaşa razılaşma əldə edə biləcəyi ssenarini araşdırırlar.
Bu addım Tramp administrasiyası tərəfindən təklif edilən bir neçə variantdan yalnız biri hesab olunur. Lakin bazanın təhlükəsizliyi məsələsi Ağ Ev daxilində davam edən müzakirə mövzusu olaraq qalır.
Kopyalandı
#Çaqos adaları teqi istifadə olunub
