ABŞ-də nadir hadisə | Qazıntılar zamanı diqqətçəkən kəşf edildi
ABŞ-nin Vayominq ştatında aparılan paleontoloji qazıntılar zamanı diqqətçəkən bir kəşf edilib.
Yay elmi proqramında iştirak edən lisey şagirdi Gabe Robinson təxminən 52 milyon il əvvəl yaşamış nəhəng gar balığına aid, demək olar ki, tam qorunmuş kəllə fosilini aşkar edib.
Kəşf dünyanın ən mühüm fosil sahələrindən biri hesab olunan "Green River Formation" ərazisində həyata keçirilib. Bu bölgə Erkən Eosen dövrünə aid canlı qalıqlarının çox yaxşı qorunması ilə elm dünyasında xüsusi maraq doğurur.
Hadisə "University of Chicago" tərəfindən təşkil edilən "Stones and Bones" paleontologiya proqramı çərçivəsində baş verib. Tələbələr qaya qatlarını araşdırarkən Robinsonun diqqətini qeyri-adi çıxıntılar cəlb edib. Əvvəlcə əhəmiyyətsiz görünən tapıntı qazıntılar dərinləşdikcə böyük elmi əhəmiyyət daşıdığı məlum olan fosilə çevrilib.
Mütəxəssislərin araşdırmaları nəticəsində tapıntının nəhəng gar balığının kəlləsinə aid olduğu müəyyənləşdirilib. Fosilin həm ölçüsü, həm də qorunma vəziyyəti alimlər arasında böyük həyəcan yaradıb.
Ekspertlər bildirirlər ki, son illərdə aşkar edilən ən maraqlı fosillərdən biri məhz bu nümunədir. Alimlərin sözlərinə görə, fosilin yaşı təxminən 52 milyon ildir. Tapıntı həmin dövrdə Şimali Amerikanın şirin su ekosistemləri haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər.
Qarşıdakı aylarda aparılacaq detallı tədqiqatların qədim su hövzələrinin canlı aləmi ilə bağlı mühüm nəticələr ortaya qoyacağı gözlənilir. Proqram rəhbərləri qeyd ediblər ki, hər il maraqlı fosillər aşkar olunsa da, milyonlarla il ərzində qaya qatları altında qalmış bu qədər yaxşı qorunmuş kəllə fosilinin tapılması olduqca nadir hadisədir.
#ABŞ teqi istifadə olunub
- Ohayo ştatında baş verən insident nəticəsində 12 nəfər yaralanıb
- "Vaşinqton nəticələrə görə tam məsuliyyət daşıyır" | İran XİN - Baku TV CANLI
- Təhlükəsizlik narahatlığı ABŞ-İsrail münasibətlərini yenidən gündəmə gətirdi - Baku TV
- İran XİN: Vaşinqton münaqişəni daha da qızışdırmağa çalışır
- Pentaqon İsrailin kəşfiyyat məlumatı toplamaq cəhdləri ilə bağlı narahatdır - Baku TV CANLI
