Çin neft qarşılığında İranda infrastruktur obyektləri tikir?
Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq sanksiyalarla üzləşən İran və Çin arasında enerji əməkdaşlığı intensivləşir. "The Wall Street Journal" qəzetinin məlumatına görə, İran neftinin Çinə tədarükü beynəlxalq bank sistemindən kənarlaşdırılan xüsusi barter sxemi ilə həyata keçirilir. Bu ticarət əməliyyatlarında Çinin sığorta şirkəti "Sinosure" və maliyyə təşkilatı "Chuxin" əsas rol oynayır. Qeyd olunur ki, neft satışından əldə olunan vəsaitlərin mühüm hissəsi İranda infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Təkcə ötən il Çin İranda həyata keçirilən iri layihələrə 8,4 milyard dollar vəsait ayırıb. Ümumilikdə, Çin 21-ci əsrin əvvəlindən bəri İrana 25 milyard dollar dəyərində infrastruktur sərmayəsi qoymağı öhdəsinə götürüb. İran həmçinin neft gəlirlərini birbaşa Çin mallarının idxalına sərf edir.
#İran teqi istifadə olunub
- Hörmüz boğazı ABŞ və İsraildən başqa hamı üçün açıqdır | Əli Musəvi
- Tramp İrana vaxt qoydu | ABŞ-dən sərt xəbərdarlıq - Baku TV
- Tramp İrana vaxt qoydu | ABŞ-dən sərt xəbərdarlıq - Baku TV CANLI
- "NATO bizə kömək etməyə cəsarət göstərməyib" | ABŞ-nin atəşkəs etməyə niyyəti yoxdur - Baku TV
- İranda daha bir yüksəkrütbəli hərbçi öldürüldü - Baku TV CANLI
