Çin səfirinin İran XİN-ə çağırılmasının səbəbi nədir?
Çinin İrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran mediasının məlumatına görə, buna səbəb Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi olub. Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib.
Görüşdə İran xarici işlər nazirinin köməkçisi Məhəmməd Əli Bək qeyd edib ki, gözlənti Çin hökumətinin Tehran və Pekin arasında strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcəyindən ibarətdir.
Bildirilib ki, İran Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd etməklə yanaşı, bunu qəbuledilməz hesab edir.
Çin səfiri İran hökumətinin etirazını ən qısa zamanda ölkəsinə çatdıracağını bildirib.
#Çin teqi istifadə olunub
- Çin və Monqolustan orduları bir araya gəldi | "Steppe Partner 2026" start götürdü
- ABŞ Dövlət katibi Pekinin İranla bağlı ehtiyatlı davrandığını bildirib
- "Ən azı bir dəfə mütləq görülməli olan yerdir"
- 28 May Müstəqillik Günüdür | Azərbaycanın turizm potensialı Çində tanıdılır - YENİ BİR SƏHƏR
- Çinin "Vəhşi Fil Vadisi"ndə rekord qeydə alındı
